Previous Next
Bağla

Azərbaycanda Beynəlxalq Lightest Forumu keçirilir

29-05-2019 19:04
Azərbaycanda Beynəlxalq Lightest Forumu keçirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə 27-30 may tarixində Azərbaycanda Beynəlxalq “Lightest” Forumu keçirilir.

Xeberler.az bildirir ki, forumda Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri ilə bərabər, xarici mütəxəssislərdə iştirak edirlər. Bu layihə Avropa İttifaqı ilə Azərbaycan arasında transsərhəd elektron xidmətlərdə etibarlı tranzaksiyaların aparılması və identifikasiya məlumatının təsdiqinə, tərəfdaş ölkələrə məxsus elektron imzaların beynəlxalq səviyyədə qarşılıqlı tanınmasına xidmət edir.

Layihənin məqsədi sərhəd üzərindən elektron xidmətlərin aparılması üçün mövcud qlobal domenlərarası etimad infrastrukturunu (DNS) istifadə etməkdir. Bu infrastruktur xidmət təminatçılarına şəffaf və rahat elektron əməliyyatlar təqdim etməyə şərait yaradır. Avropa Birliyinə üzv dövlətlərlə təhlükəsiz elektron münasibətlərin qurulması, qlobal səviyyədə elektron xidmətlərin yaradılması, dövlətlərarası qarşılıqlı məlumat mübadiləsi "Lightest”in əhəmiyyətini daha da artırır. Layihənin icrasında Avstriya, Belçika, Danimarka, Finlandiya, Almaniya, İspaniya, Niderland, Böyük Britaniya, Türkiyədən 14 tərəfdaş iştirak edir.

Qeyd edək ki, forumun ikinci günü dünən Şamaxı şəhərində davam edib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tədbiri açıq elan edərək qonaqları salamlayıb, həmçinin Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkürünü bildirib. O, forumda müzakirə olunanhəllərin Şamaxı şəhərində də tətbiqini görmək istədiyini və gələcəkdə Şamaxıda bu tip tədbirlərin keçirilməsinin istisna olmadığını qeyd edib. “Lightest” layihəsi ilə əməkdaşlıqdan söz açan Məlumat Hesablama Mərkəzinin rəhbəri Elnar Əsədov bu layihənin gələcəkdə Avropa ölkələri ilə apardığımız tranzaksiyalar üçün ən yaxşı texnologiya ola biləcəyini diqqətə çatdırıb.

Daha sonra təqdimatla çıxış edən Almaniyanın Fraunhofer Sənaye Mühəndisliyi üzrə Tədqiqat İnstitutunun doktoru, “Lightest” layihəsinin koordinatoru Hayko Rossnaqel “Lightest” – “qlobal etibarlılıq” layihəsi haqqında forum iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, “Qlobal elektron münasibətlərin qurulmasında qarşı tərəfin dəqiq müəyyən olunması əsas məsələlərdən biridir. “Lightest” də bu prosesdə kimliyi müəyyənləşdirən vasitə – elektron imzanın etibarlılığını, dolayısıyla da elektron imza təminatçısının (sertifikat xidmətləri mərkəzlərinin) etibarlılığını təsdiqləyəcək etimad zəncirini yaradan infrastrukturdur. Biz elektron imzanı əvəz etmirik, biz onların domenlərarası daha etibarlı olması üçün infrastrukturla təmin edirik. Bu, elektron imzanın fəaliyyətini daha da faydalı edir.

Forum Avropanın aparıcı elm-texniki mərkəzlərinin “Lightest layihəsinin biznes perspektivləri və tətbiq sahələri”, “Etimad siyasətinin təsdiqetmə alətlərinin işləkliyi – konsepsiya, dizayn və qiymətləndirmə”, “Lightest”də avtomatik etimadın təsdiqi”, “Etimad sxeminin yayınlanma mərkəzi üzrə konsepsiya və nümunə tətbiqlər”, “Etimad sxeminin dərcetmə səlahiyyətlisi – konsepsiya və tətbiqlərin nümunələri” mövzuları üzrə təqdimatlarla davam edib. Ümumilikdə çıxışlar etibarlı hesab edilən sistemlərin necə işlədiyi və daha çox bu sistemlərin texniki siyasəti barədə məlumatları əhatə edib.

Forumun üçüncü günü Bakı şəhərində davam edib. Bu gün də xarici mütəxəssislər "Lightest" haqqında müxtəlif istiqamətdə mövzularda çıxışlar ediblər.

Qeyd edək ki, "Lightest" layihəsi Avropa Birliyi ilə əlaqəsi olan bütün dövlət və özəl müəssisələr tərəfindən təqdim olunan xidmətlər üçün mühüm əhəmiyyətli həllərin yaradılması və elektron tranzaksiyalar zamanı saxta kimliklərin müəyyən edilməsi məsələlərini əhatə edir. Bu çərçivədə görüləcək işlər müxtəlif tətbiqlərin istifadə olunduğu platformalarda elektron imzanın təsdiqindən tutmuş, e-satınalma, e-ədliyyə, e-səhiyyə və hüquqi sahələrdə "Əşyalar İnterneti” üzrə alətlərin, sensorların təsdiqinin etibarlığını təmin edəcək. Xatırladaq ki, 2018-ci ilin yanvar ayında da NRYTN-in təşkilatçılığı ilə Bakıda “Lightest” – “qlobal etibarlılıq” layihəsinin təqdimatı keçirilmişdi.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazirlik saxta kimlikləri müəyyən edəcək

Nazirlik saxta kimlikləri müəyyən edəcək

27-01-2018
MHM qlobal etibarlılıq layihəsi çərçivəsində keçirilən konfransda təmsil olunub

MHM qlobal etibarlılıq layihəsi çərçivəsində keçirilən konfransda təmsil olunub

08-02-2019
Brüsseldə İSSE-2018 konfransı keçirilir

Brüsseldə İSSE-2018 konfransı keçirilir

06-11-2018
Azərbaycan elektron mühitə dair beynəlxalq sammitdə təmsil olunur

Azərbaycan elektron mühitə dair beynəlxalq sammitdə təmsil olunur

29-03-2019
Elektron imzanın təkmilləşdirilməsi müzakirə olunub

Elektron imzanın təkmilləşdirilməsi müzakirə olunub

25-05-2018
Bu qurum FutureTrust layihəsinin assosiativ tərəfdaşı oldu

Bu qurum FutureTrust layihəsinin assosiativ tərəfdaşı oldu

21-06-2018
“Asan İmza” Polşada təqdim edilib

“Asan İmza” Polşada təqdim edilib

12-06-2015
“Asan İmza” Polşada  təqdim ediləcək

“Asan İmza” Polşada təqdim ediləcək

02-06-2016
Avstriya Azərbaycanda mobil hökumətlə maraqlanır

Avstriya Azərbaycanda mobil hökumətlə maraqlanır

15-07-2017
Kiyevdə PKI beynəlxalq forumu təşkil olunub

Kiyevdə PKI beynəlxalq forumu təşkil olunub

04-10-2019
Elektron imzalama sayı 23 milyona çatır

Elektron imzalama sayı 23 milyona çatır

21-10-2017
Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017
Elektron ticarətdə elektron identifikasiyanın tətbiqi ilə bağlı dəyirmi masa keçirilib

Elektron ticarətdə elektron identifikasiyanın tətbiqi ilə bağlı dəyirmi masa keçirilib

01-12-2018
Türkdilli dövlətlər də e-imzanı tanıyacaq

Türkdilli dövlətlər də e-imzanı tanıyacaq

26-05-2017
Bakıda «ASAN imza - mobil hökumətin açarıdır» konfransı keçirilib

Bakıda «ASAN imza - mobil hökumətin açarıdır» konfransı keçirilib

02-05-2013
Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

06-09-2018
Yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı xarici təcrübə öyrəniləcək

Yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı xarici təcrübə öyrəniləcək

26-09-2017
“İnformasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda beynəlxalq forum  keçirilib

“İnformasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda beynəlxalq forum keçirilib

29-06-2021
Bakı Elektron Ticarət Forumu keçirilir

Bakı Elektron Ticarət Forumu keçirilir

21-10-2019
Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

05-06-2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

24-09-2018
Azərbaycan və Türkiyə elektron imzaların qarşılıqlı tanınmasını müzakirə edib

Azərbaycan və Türkiyə elektron imzaların qarşılıqlı tanınmasını müzakirə edib

30-09-2019
Elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır

Elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır

06-06-2018
Azərbaycanlı mütəxəssislərin layihəsinin birinciliyini təsdiq edən sertifikat təqdim olunub

Azərbaycanlı mütəxəssislərin layihəsinin birinciliyini təsdiq edən sertifikat təqdim olunub

28-05-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə