Diebold Nixdorf şirkəti və Penki kontinentai müəssisələr qrupuna daxil olan BS/2 bank texnologiyaları şirkətinin birgə təşkilatçılığı ilə Bakıda “In Touch” konfransı keçirilib.
Xeberler.az-ın məlumatına görə, tədbirdə bank və pərakəndə ticarət sahələrinin 150-dən çox nümayəndəsi.
Həmçinin, sözügedən sahələrdə mövcud təcrübələri ilə bölüşən Rusiya, Moldova, Gürcüstan, Almaniya və Litvadan olan mütəxəssislər iştirak edib.
Tədbirdə çıxış edən Penki kontinentai müəssisələr qrupunun İdarə Heyətinin sədri və BS/2-nun baş direktoru İdrakas Dadaşovas şirkətin fəaliyyət haqqında məlumat verib.
O qeyd edib ki, 7 ölkədə (Azərbaycan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya və Estoniya) törəmə müəssisəi olan BS/2 artıq 25 ildir bank xidmətləri bazarındadır, hazırda şirkətin fəaliyyəti 78 ölkəni əhatə edir, Azərbaycanda isə 20-dən çox tərəfdaşı mövcuddur.
“BS/2 şirkəti proqram təminatının işlənib hazırlanması, bank avadanlıqlarının təchizatı, İT, sistemli inteqrasiya və texniki baxış xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb. Daxili və xarici bazarlarda uzun illər ərzində göstərdiyimiz uğurlu fəaliyyət təcrübəsi və əldə olunan işgüzar şöhrət BS/2-ya məşhur İT şirkətlərin nüfuzunu qazanmağa və bu sahənin dünya liderləri ilə sız əlaqə qurmağa imkan yaradıb. Biz müştərilərimizə biznesin uğurlu inkişafı üçün daha çox imkanlar təqdim etməyə və tərəfdaşlarla ən yaxşı qarşılıqlı əlaqələrin təmin etməyə çalışır, həmçinin tərəfdaşlıq kommunikasiyası sistemimizi daim təkmillləşdiririk. Buna misal olaraq artıq London, Stokholm, Buxarest, Varşava, Paraqa kimi şəhərlərdə keçirilmiş “In Touch” konfransıdır; sözügedən tədbiri mənə doğma olan Bakı şəhərində təşkil olunması sevindirici haldır”, - deyə İdrakas Dadaşovas bildirib.
Diebold Nixdorf şirkətinin Mərkəzi və Şərqi Avropa regionunda tərəfdaşların idarə edilməsi üzrə vitse-prezidenti İohim Ştruk (Joachim Struck) BS/2 ilə 20-illik tərəfdaşlıqdan danışıb.
O bildirib ki, Diebold Nixdorf şirkəti BS/2-nun texnoloji həllərinin səviyyəsini və təklif etdiyi xidmətlərin peşəkarlığını yüksək qiymətləndirir.
Konfrans çərçivəsində İohim Ştruk “Maliyyə sahəsində innovasiyalar” mövzusunda təqdimatla çıxış edib və Diebold Nixdorf tərəfindən təklif olunan və şirkətlərə yeni rəqəmsal dövrə miqrasiya etməyə imkan verəcək texnoloji avadanlıqların və xidmətlərin üstünlüklərinə toxunub.
İohim Ştruk Skandinaviya ölkələrinin misalında bank və maliyyə sahələrinin gələcəyindən danışıb və qeyd edib ki, bu ölkələrdə hər il tranzaksiyaların cəmi 8%-i nağd hesablaşma ilə həyata keçirilir, 2008-2015-ci illər ərzində isə Avropa banklarının filial şəbəkəsi 13% azalıb və bu təmayül davam edəcək.
110 ölkədə aparılmış “Global ATM Market and Forecasts to 2022” adlı tədqiqatın nəticələrinə əsasən, 5 ildən sonra dünya üzrə bankomatların sayı 3,7 milyona çatacaq.
Yalnız 2016-cı ildə onların sayı təxminən 3% artaraq 3,3 milyona çatıb. Araşdırmanın nəticələri göstərir ki, 2022-ci ildə bankomatlar bazarı orta hesabla ildə 2,2% genişlənəcək, sözügedən artımın 80%-i yeni avadanlığın payına düşəcək.
“Şirkətimiz banklar və pərakəndə ticarət müəssisələrində biznes-proseslərin effektivliyini təmin edir. Bu sahələrin nümayəndələri ilə qarşılıqlı əlaqələri yüksək qiymətləndiririk. Əsas məqsədimiz – xərcləri və mürəkkəbliyi azaltmaq, həmçinin son istehlakçıya göstərilən xidmətlərin keyfiyyətini təkmilləşdirməkdir. Azərbaycanda bank və pərakəndə ticarət sahələrində müştərilərimiz az deyil. Ölkə innovasiya və inkişafa açıqdır, məhz bu, prinsip etibarilə bizi cəlb etdi. Burada hər il yüksək səviyyədə irimiqyaslı beynəlxalq tədbirlər təşkil olunur. Birmənalı olaraq Azərbaycan bu gün regionun lider ölkəsidir ki, digər ölkələr onu təqib edir. Ölkə innovasiya mərkəzinə çevrilmək üçün böyük potensiala malikdir”, - deyə İohim Ştruk bildirib.
Konfrans zamanı İohim Ştruk Çexiya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Finlandiya və Sinqapurda rellaşdırılmış layihələrdən də danışıb ki, bu ölkələrdə maliyyə institutları nağd vəsaitlə həyata keçirilən bütün əməliyyatları autsorsinq şirkətlərinə həvalə edib.
Qeyd edək ki, Diebold Nixdorf şirkətinin nümayəndələri təhlükəsizlik üzrə proqram təminatlarının nümayiş etdirib, habelə Azərbaycanda uğurla reallaşdırılmış, beynəlxalq nüfuzlu mükafatlar alıb.
Bundan başqa, “In Touch” konfransının iştirakçıları və qonaqları təhlükəsizlik üzrə ən yeni texnologiyaların interaktiv sərgisini ziyarət edib. Onlar həmçinin BS/2 tərəfindən hazırlanmış bir çox innovasiyalı proqram təminatları ilə tanış olub.
Konfransın məqsədi – beynəlxalq və yerli tərəfdaşlar və potensial müştərilərlə əlaqə yaratmaq üçün platformanın təşkil edilməsi, həmçinin bank və pərakəndə ticarət sahələrində ən yeni avadanlıq və xidmətlərin nümayiş olunmasıdır.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri