“AzInTelecom” Dubayda keçirilən və dünya texnologiya nəhənglərinin toplaşdığı sərgidə təmsil olunur

17-10-2023 / 19:45

“AzInTelecom” MMC-nin rəhbəri Elxan Əzizovun başçılıq etdiyi nümayəndə heyəti Dubayda keçirilən və dünya texnologiya nəhənglərinin toplaşdığı “GITEX Global 2023” sərgisində iştirak edir.

MMC-dən bildirilib ki, sərgi çərçivəsində şirkətin əməkdaşları süni intellekt, informasiya texnologiyaları və bulud həlləri sahəsində nümayiş olunan ən son texnoloji yeniliklərlə tanış olub.

Daha sonra “AzInTelecom” əməkdaşları G-42 holdinq və MORO şirkətinin Data mərkəzləri ilə yaxından tanış olublar.

Sahənin qlobal lideri sayılan G-42 holdinqə daxil olan “Khazna” şirkətinin təmsilçiləri ilə nümayəndə heyəti arasında görüş keçirilib, əməkdaşlıq müzakirələri aparılıb.

Dünyanın texnoloji güc mərkəzlərini, investorları, texnologiya liderlərini və innovativ həllər təqdim edən qurumları bir araya toplayan “GITEX Global 2023” sərgisi oktyabrın 20-dək davam edəcək.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə