Azərbaycanlının qurduğu startaplardan biri olan və Türkiyənin ən çox istifadəçiyə sahib ödəmə platforması “Paymes”, Yaxın Şərq və Şimali Afrikanı əhatə edən MENA regionun lider ödəmə və elektron pul təşkilatçısı “PayTabs” ilə güclərini birləşdirir.
Xeberler.az bildirir ki, əməkdaşlıq çərçivəsində “Paymes Türkiyə” ofisi “PayTabs”ın Avrasiya əməliyyatlarının idarəetmə mərkəzi olacaq. Həmçinin “PayTabs”ın MENA regionunda yerləşən ofislərinə də “Paymes” brendi altında sosial marketinqlə əlaqəli məhsulları ilə xidmət göstərəcək və bu məhsulları EMEA regionunu tamamilə əhatə edəcək.
Digər bir tərəfdən Statisca-nın proqnozları, sosial marketinq satışlarının dəyərinin 2026-cı ilə qədər təqribən 2.9 trilyon ABŞ dollarına çatacağını göstərir. Əməkdaşlıqdan sonra "Paymes" və PayTabs-in heyəti, mikro satıcıların bazar payının böyük bir hissəsini əldə etmək məqsədilə, 2022-ci il ərzində "PayTabs" ofisləri üçün satışa məhsul çıxarmaqla bağlı işə başlayacaqlar.
“PayTabs” yarandığı gündən bəri KOBİ-lər və e-ticarət müəssisələri üçün oyunun qaydalarını dəyişdirəcək onlayn, mobil və sosial marketinq ticarət ödəniş həlləri xidməti göstərir. PayTabs, ödəmələrə diqqətlə yanaşaraq bir çox valyutada, təhlükəsiz və problemsiz bir şəkildə xidmət təqdim edir. API bağlantıları vasitəsilə PayTabs, satıcılar üçün veb-saytlarında və ya onlayn mağazalarında “quraşdır və başlat” tipli ödəniş xüsusiyyətləri ilə problemsiz işləyən B2B və e-ticarət həll yolları ilə önə çıxır. Satıcılar real zamanda sistemə daxil edilərək e-ticarət işlərinə bir neçə saata başlaya bilirlər. PayTabs, əlavə olaraq müəssisələrin elektron faktura, QR kod və sosial media ödəmə bağlantılarını istifadə edərək ödəniş etmələrinə imkan yaradan rəqəmsal faktura xidməti də təqdim edir. 2021-də PayTabs, MENA bazarında smartfonları kommersiya aparatına, (POS) terminala çevirən ilk soft POS texnologiyası olan PT Touch-u da satışa çıxarmışdır.
“Paymes”, fərd və şirkətlərin hansısa bir elektron marketinqlə bağlı məlumatlı olmasına, tətbiqə bağlı olmasına, yüksək bir büdcəyə sahib olmasına ehtiyac olmadan ödəmələri qəbul etmələrinə imkan yaradan ödəniş platformasıdır. Sosial media üzərindən satış edən şəxslərin ödəmələri qəbul etmə prosesini asanlaşadırmaq və təhlükəsiz hala gətirmək üçün yola çıxmış şirkət, bu gün evində əl əməyi ilə məhsul hazırlayan evdar qadından 1000 filiala sahib fabrikə və dilerlərə qədər xidmət göstərən şirkət səviyyəsinə çatıb.
“Paymes”in həmtəsisçisi Sabrican Zaim, öz sözlərini belə ifadə edib: “Türkiyənin və Azərbaycanın sosial marketinqdəki lider ödəniş platforması “Paymes” olaraq MENA regionunun lider ödəniş təşkilatlarından olan “PayTabs” ilə güclərimizi birləşdirmişik. Türkiyədə və Azərbaycandakı bütün dəyərli rəqiblərimizin yanında, qlobal miqyaslı dünyanın ən böyük beş fintech təşkilatı ilə qlobal bir brend olaraq rəqabətə hazırlaşırıq. Mövcud Türkiyə ofisinin də daxil olacağı Avrasiya əməliyyatının yeni planları ilə birlikdə xidmətlərimizi bir çox ölkədə əlçatan hala gətirəcəyik. Bu istiqamətdə, EMEA bölgəsində fəaliyyət göstərən ofislərimiz və fərqli milliyətlərdən olan heyət üzvlərimizlə birlikdə təşkilat və ya fərd fərqi olmadan bütün dünyaya maliyyə azadlığı gətirmək üçün çalışacağıq”.
PayTabs təsisçisi və baş icraçı direktoru Abdulaziz Al Jouf bildirib: “Paymes ilə əməkdaşlığımızı, maliyyə texnologiyaları sahəsində ayaq izlərimizi böyütmək üçün böyük bir fürsət olaraq görürük. Paymes ilə yaratdığımız qlobal əməkdaşlıq ilə birlikdə ödəmə texnologiyalarının gələcəyinə istiqamət verəcəyik. E-ticarət iqtisadiyyatını qlobal olaraq böyütməyə çalışma məqsədimiz də, milyonlarla müəssisə və satıcı üçün rəqəmsal ödənişləri asanlaşdıracaq”.
"EMEA regionuna Türkiyədəki heyətimizlə dəstək verəcəyik"
Əməkdaşlığın idarəetmə və idarəçi heyət barəsində detallarını bölüşən Paymes həmtəsisçisi Həsən Cabbarov belə bir dəyərləndirmə edib: “PayTabs ilə güclərimizi birləşdirmək üçün ciddi bir razılaşmaya imza atdıq. Razılaşma çərçivəsində Paymes komandasında idarəçi vəzifələrimiz davam edərkən, cavabdeh olduğumuz fərqli yerlərdə səlahiyyətimiz paralel olaraq inkişaf edəcək. Həmkarlarımızı PayTabs ofislərində birbaşa Paymes məhsulları ilə əlaqədar proseslərin idarəsinə təyin edəcəyik. PayTab-ə təcrübəli olduğumuz sosial marketinq sahəsində yeni məhsullarımızla birlikdə töhfə verəcəyik. 2022-ci ildə sürətlə böyüyən Türkiyədəki heyətimizi böyütməyə davam edərək təcrübə, satış, işin inkişafı nöqtələrində bütün EMEA bölgəsini Türkiyədəki heyətimizlə dəstəkləyəcəyik.”
“EMEA bazarında güclərimizi birləşdirərək aqressiv şəkildə böyüyəcəyik”
“Paymes” həmtəsisçisi Şehlem Akbulut da əməkdaşlığın aqressiv bir inkişaf qazandıracağını ifadə edib: “Paymes olaraq regionda sürətlə böyüyərkən, indi də PayTabs əməkdaşlığında EMEA bölgəsinə açılacağıq. Bu bazarda inkişaf strategiyalarımızın bizə sürət qazandıracağını inanırıq. Öz regionunda hal[1]hazırda lider olan iki şirkətin güclərini birləşdirməsi, sosial marketinq anlayışını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və yeni bazarlarda daha güclü formada xidmət etməyimizi təmin edəcək. Türkiyə və Azərbaycanda olduğu kimi EMEA regionunda da sosial marketinqin inkişafını yeni məhsullarımızla dəstəkləyəcəyik, xüsusilə qadınların sosial marketinqlə ailə iqtisadiyyatına təsirinə dəstək olmağa davam edəcəyik”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri