IMac sistemlərində istifadə olunan 3TB sabit disklərindən bəzilərinin problemli olduğu məlum olub.
Xeberler.az məlumat verir ki, şirkət bu barədə öz saytında məlumat yayıb. Bununla yanaşı, nömrə sorğusunu da saytı üzərindən həyata keçirən şirkət alıcıların əllərindəki məhsulun dəyişdirmə proqramına aid olub-olmadığını öyrənə biləcəklərini deyib.
2012-ci ilin dekabrından 2013-cü ilin sentyabrınadək satılan 27 düymlük iMac-larda olan problemin həlli üçün məhsul sahibləri Apple servislərinə müraciət edib, sabit disklərinin pulsuz dəyişdirilməsini tələb edə bilərlər. Bununla yanaşı, Apple elan edib ki, bu günə qədər alıcılardan pul ödəyərək öz hesabına problemi aradan qaldıran olubsa, onlar da ödənişlərinin geri qaytarılması üçün müraciət edə bilərlər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri