Previous Next
Bağla

Azərbaycanda könüllülük fəaliyyəti üçün qlobal platforma olan “Spatrix” işə salınır

08-09-2020 12:27
Azərbaycanda könüllülük fəaliyyəti üçün qlobal platforma olan “Spatrix” işə salınır

2020-ci il bəşəriyyətin müasir tarixində ən mürəkkəb illərdən biridir. Lakin məhz bu il bizə bir-birimizə daha yaxın olmağı, bizimlə bir dünyada yaşayanların yardıma ehtiyacı olduğunu və onlara qayğı göstərməyi öyrətdi. Son bir neçə ay ərzində yardım çağırışlarının sayı artıb. Biz sosial şəbəkələrdən, mobil tətbiqlərdən, dostlarımızdan və doğmalarımızdan müxtəlif məlumatlar alırıq. Şübhəsiz ki, bu dünya yaranmış vəziyyətin öhdəsindən gələ bilmir və hər birimizdən səy göstərməyimiz tələb olunur. Lakin bunu necə etmək olar? Heç də həmişə yardım göstərmək istəyənlər yardıma ehtiyacı olanları asanlıqla tapa bilmirlər.

Xeberler.az bildirir ki, bu məqsədlə Azər Türk Bankın maliyyə dəstəyi ilə “Spatrix” rəqəmsal platforması yaradılıb. Platformanın əsas vəzifəsi ümumi rifaha nail olmaq üçün müxtəlif mürəkkəblik səviyyəsindəki məsələləri həll etməyə hazır olan təşkilat və fərdləri bir araya gətirməkdir.

Platforma necə işləyir?

“Spatrix” platformasında iki qrup qeydiyyatdan keçə bilər: mütəmadi olaraq aksiya və layihələr həyata keçirən təşkilatlar (dövlət strukturları, şirkətlər, ictimai birliklər) və könüllü fəaliyyətlə məşğul olmaq istəyən fərdlər (yaşından və fərqindən aslı olmayaraq hərkəs). Təşkilatlar öz sosial layihələrini bu platformada nümayiş etdirmək və könüllüləri bu layihələrdə iştirak etməyə çağırmaq imkanına malikdir.

Bundan əlavə, təşkilat layihələrdə iştirak etdiyinə görə könüllülərə bal və təşəkkür məktubları göndərə bilir. Könüllülər də öz növbəsində onları maraqlandıran hər hansı bir layihəni seçə və qoşula bilirlər.

Hər bir potensial layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əlavə olunur, bu da təşkilatlar və könüllülərin fəaliyyətinin ümumilikdə qlobal rifaha nail olmaq üçün bir addım olduğunu anlamağa imkan verir. Könüllülər və təşkilatlar üçün ərazi məhdudiyyəti yoxdur. Yəni, hər hansı bir ölkədən olan könüllü dünyanın müxtəlif yerlərində həyata keçirilən istənilən layihəyə qoşula bilər.

Platforma “blockchain” texnologiyası əsasında yaradılıb. Buna görə platforma iştirakçılarının bütün fəaliyyəti tamamilə şəffafdır və məlumatları etibarlı şəkildə qorunur.

Qeydiyyatdan indi keçə bilərsiz: www.spatrix.net

Platforma dövlət bankı olan “Azər Türk Bank”ın maliyyə dəstəyi ilə yaradılıb. Platformanın ilk istifadəçiləri "Bir” tələbə-könüllü proqramının üzvləri oldu.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Banklar üçün kibertəhlükəsizliklə bağlı platforma yaradıla bilər

Banklar üçün kibertəhlükəsizliklə bağlı platforma yaradıla bilər

09-12-2021
Startap və investorlar üçün onlayn platforma yaradılıb

Startap və investorlar üçün onlayn platforma yaradılıb

12-11-2019
Azərbaycanda ilk virtual ticarət mərkəzi yaradılıb

Azərbaycanda ilk virtual ticarət mərkəzi yaradılıb

03-12-2008
Kibertəhlükəsizlik üzrə tədbirlər planının icrasının monitorinqi üçün platforma yaradılıb

Kibertəhlükəsizlik üzrə tədbirlər planının icrasının monitorinqi üçün platforma yaradılıb

06-06-2024
Bloqosfer 2010-un qeydiyyat müddəti artırıldı

Bloqosfer 2010-un qeydiyyat müddəti artırıldı

08-09-2010
İİTKM Strateji zəka platformasında məzmun təchiz edən ilk qurumdur

İİTKM Strateji zəka platformasında məzmun təchiz edən ilk qurumdur

25-04-2025
Vəkillər üçün yeni onlayn platforma

Vəkillər üçün yeni onlayn platforma

24-10-2022
Startap ekosisteminin inkişafında kraudfandinqin rolu

Startap ekosisteminin inkişafında kraudfandinqin rolu

29-06-2020
BMT-nin Qlobal Sazişinin prinsipləri müzakirə olunub

BMT-nin Qlobal Sazişinin prinsipləri müzakirə olunub

02-12-2019
Bakcell-dən 5 startapa dəstək-Siyahı

Bakcell-dən 5 startapa dəstək-Siyahı

16-02-2018
AppLab-ın məzunlarından yeni nəsil reklam aləti

AppLab-ın məzunlarından yeni nəsil reklam aləti

25-04-2018
Beynəlxalq Könüllülük Gününə həsr olunmuş tədbir keçirilib

Beynəlxalq Könüllülük Gününə həsr olunmuş tədbir keçirilib

07-12-2018
Tələbəmizin startapı qlobal bazara çıxa bilər

Tələbəmizin startapı qlobal bazara çıxa bilər

10-01-2018
Ulduzum-un saytı yeniləndi

Ulduzum-un saytı yeniləndi

23-05-2017
QHT-lərə öz saytlarını yaratmaq imkanı verən portal istifadəyə verilib

QHT-lərə öz saytlarını yaratmaq imkanı verən portal istifadəyə verilib

23-07-2015
Kaspersky: dünyada hər beşinci adam sosial reytinqlərin nəticələri ilə üzləşir

Kaspersky: dünyada hər beşinci adam sosial reytinqlərin nəticələri ilə üzləşir

24-07-2020
“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir

“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir

28-07-2025
Azərbaycanda "Zoom"un analoqu yaradılıb

Azərbaycanda "Zoom"un analoqu yaradılıb

27-12-2021
Qlobal startapımız Lendock fəaliyyətə başladı

Qlobal startapımız Lendock fəaliyyətə başladı

07-06-2016
"Media savadlılığı" rəqəmsal platforması təqdim edilib

"Media savadlılığı" rəqəmsal platforması təqdim edilib

20-12-2023
DeFi maliyyəsi nədir?

DeFi maliyyəsi nədir?

12-09-2020
Peşə təhsilində onlayn qiymətləndirmə platforması sınaqdan keçirilir

Peşə təhsilində onlayn qiymətləndirmə platforması sınaqdan keçirilir

26-07-2022
Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

06-09-2018
NVIDIA-nın mobil ambisiyaları

NVIDIA-nın mobil ambisiyaları

27-10-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə