Previous Next
Bağla

Kaspersky: dünyada hər beşinci adam sosial reytinqlərin nəticələri ilə üzləşir

24-07-2020 10:00
Kaspersky: dünyada hər beşinci adam sosial reytinqlərin nəticələri ilə üzləşir

Kaspersky tərəfindən aparılan qlobal bir sorğuya görə, dünyada istifadəçilərin 18% -i sosial şəbəkələrdə yerləşdirdiyi məlumatlar səbəbindən maliyyə xidmətlərinə daxil
olmaqda ən azı bir dəfə problem yaşayıb. Üstəlik, bu qrupun üçdə biri (32%) 25-34 yaşlarında olan gənclər, yəni aktiv internet istifadəçiləridir.
  
Xeberler.az bildirir ki, hər beşinci respondent (21%) "sosial reytinq"- şəbəkədəki davranışına, sosial əhatəsinə və digər amillərə əsaslanaraq bir insanın potensialını qiymətləndirmə sisteminə rast gəldiyini qeyd edib.
 
Sosial reytinqlərin bu və ya digər formada tətbiqi sosial şəbəkələrdən hər yerdə istifadə, eləcə də böyük həcmdə məlumatları emal etmək imkanlarına görə ilk növbədə xarici ölkələrdə geniş yayılmışdır. Avtomatlaşdırılmış alqoritmlərin köməyi ilə təşkilatlar istifadəçi haqqında açıq məlumatları təhlil edir və onun əsasında müəyyən bir xidmətin göstərilməsi ilə bağlı qərarlar qəbul edirlər. Kaspersky tərəfindən aparılan bir araşdırmaya görə, əksər hallarda istehlakçılar maliyyə (57%), sığorta (40%) və səhiyyə (40%) xidmətləri əldə etmək istəyərkən, habelə onlayn alış-veriş zamanı (48%) sosial reytinqlərlə qarşılaşırlar.

Eyni zamanda, müəyyən bir fayda əldə etmək üçün özləri haqqında lazımi məlumatları təqdim etməyə hazır olanlar da var. İstifadəçilər sosial şəbəkələrdə daha açıq davrana bilirlər: 67% respondent mallara endirim əldə etmək üçün, 62% -i istədiyi vakansiyanı qazanmaq üçün, 48% -i isə daha rahat mənzil kirayələmək üçün öz şəxsi hesablarına girişə icazə verə biləcəyini söyləyib.

Sosial xal qazanma sistemlərinin bu və ya digər formada gündəlik həyata daha çox nüfuz etməsinə baxmayaraq, onların nə dərəcədə ədalətli olduğuna və qiymətləndirmə apararkən hansı xüsusi amillərin nəzərə alınmasına dair bir qeyri-müəyyənlik var.

Kaspersky tərəfindən aparılan bir sorğuda respondentlərin 45% -i bu cür ölçü meyarlarının necə işlədiyini dəqiq başa düşmədiklərini etiraf edib. Bundan əlavə, sosial reytinq texnologiyaları avtomatlaşdırılmış alqoritmlərə əsaslandığı üçün müxtəlif manipulyasiyalara qarşı həssas ola bilərlər. Hər hansı digər rəqəmsal sistemlər kimi, xal qazanma sistemlərinin də səhvlərə və müxtəlif hücumlara qarşı immuniteti yoxdur, bu da haqsız artıq və ya əksinə daha aşağı reytinqə səbəb ola bilər.

“Əvvəlcə xidmət reytinqini inkişaf etdirmək üçün sosial reytinqlər yaradıldı, halbuki hansı həcmdə fərdi məlumatlara giriş tələb edilə biləcəyi məlum deyil. Üstəlik, bir reytinqi çox sayda parametr əsasında hesablayarkən, qiymətləndirmə sistemi bu və ya digər nəticəyə necə gəldiyini izah etmir. Mütəxəssislərimiz alqoritmlərin statistik
ümumiləşdirmə əsasında səhv nəticə verdiyi hallardan xəbərdardır," deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020

Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

08-10-2021

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020

Kaspersky: Smartfon istifadəçiləri şifrələrini tərəf müqabillərindən gizlətmir

07-01-2022

İşəgötürənlərin əksəriyyəti sosial şəbəkələrdə namizədlərin profilinə baxır

15-11-2013

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021

Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

16-08-2021

İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

22-02-2019

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021

Kaspersky məlumatların qara bazardakı qiymətini təhlil edib

21-12-2020

Parolları kibercinayətkarlardan necə qorumaq olar?

09-03-2017

Kaspesky Clubhouse tətbiqin təhlükəsizlik risklərindən danışır

16-03-2021

Kaspersky: İşçilərinin əksəriyyəti ənənəvi iş modelinə qayıtmağa hazır deyil

18-11-2020

Kriptovalyuta sahibləri üçün əsas təhlükələr nələrdir?

17-02-2023

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020

Korporativ poçtlara edilən hücumların sayı açıqlanıb

27-08-2021

Sosial şəbəkələrdə qadınlar, yoxsa kişilər daha çox paylaşım edir?

03-02-2017

Kaspersky: Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur

18-06-2022

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə