Previous Next
Bağla

AzScienceNet şəbəkəsi üzərində yeni xidmətlər yaradılacaq

06-04-2016 18:08
AzScienceNet şəbəkəsi üzərində yeni xidmətlər yaradılacaq

AMEA İnformasiya Texnologiyaları İnstitutu Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən elm və təhsil üçün kompüter şəbəkəsinin yaradılması və istismarını nəzərdə tutan layihədə (EaPConnect: Eastern Partnership Connect) iştirak edir.

Bu layihə çərçivəsində ölkənin milli elm və təhsil şəbəkəsi AzScienceNet bütün Avropanı əhatə edən elm və təhsil şəbəkəsinə (GEANT şəbəkəsi) inteqrasiya olunacaq.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, layihənin sonuncu iclasları 13-18 mart 2016-cı il tarixlərində Niderland Krallığının Utrext şəhərində keçirilmişdir. AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev layihənin ümumi yığıncağında iştirak edib.

Layihənin ümumi yığıncağında Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun (DG NEAR: Directorate-General for Neighbourhood and Enlargement Negotiations) nümayəndəsi Ivan Navas Fernandez iştirak etmişdir. Cənab Fernandez Avropa Komissiyasının layihəyə dəstəyini davam etdirəcəyini bildirib.

 İclasda azərbaycanlı alimlərin avropalı alimlərlə birgə apardığı tədqiqatlara xüsusi əhəmiyyət verilmiş, bu kimi tədqiqatlara layihə çərçivəsində texniki dəstək göstərilməsi üçün Avropa ölkələrində keçirilən “Tədqiqatını İşıqlandır” (Enlighten Your Research) müsabiqəsinin təşkil edilməsi təklif olunub.

Akademik Rasim Əliquliyev bildirib ki, elm və təhsil qurumları AzScienceNet üzərindən GEANT şəbəkəsinə yüksəksürətli (1 Giqabit/san) çıxış əldə edəcəklər. Daha sonra şəbəkə üzərində ardıcıl olaraq yeni kompleks xidmətlər yaradılacaq. Bu xidmətlər çərçivəsində şəbəkə istifadəçilərinə vahid identifikasiya sistemi, çox böyük həcmdə məlumatların təhlükəsiz, etibarlı ötürülməsi, Avropanın bir sıra elmi məlumat bazalarına çıxış, yüksək keyfiyyətli videokonfrans sistemlərindən istifadə,  distant tibb xidmətlərinin tətbiqi, distant təhsil imkanlarının genişlənməsi, qrid və bulud (Cloud Computing) sistemlərinə effektiv çıxış kimi imkanlar təqdim olunacaq.

Layihə çərçivəsində yaradılan texnoloji imkanlar və yeni xidmətlərdən AMEA-nın qurumları ilə yanaşı, ali məktəblər, kitabxanalar və digər elmi təşkilatların istifadəsi, həmçinin böyük verilənlərin saxlanılması, ötürülməsi və emalı ilə məşğul olan digər təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması və AzScienceNet üzərindən bu təşkilatların avropalı həmkarları ilə birgə elm və təhsillə bağlı fəaliyyətinə dəstək göstərilməsi təklif olunur.

Layihənin xüsusilə ali məktəblər üçün maraqlı olan əsas istiqamətlərindən biri də ölkə daxilində və xaricdə minlərlə universitetin ərazisində olarkən internetə sərbəst çıxış imkanı verən Eduroam xidmətini genişləndirir.

 Şərq Tərəfdaşlığı ölkələrində Eduroam xidmətinin yaradılması və inkişaf etdirilməsi işinin koordinasiyası AMEA İnformasiya Texnologiyalarına həvalə edilib.

 Bununla bağlı olaraq, səfər çərçivəsində Eduroam xidmətinin yaradıcı heyəti ilə görüş keçirilmiş və Niderland təcrübəsi öyrənilib.  

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yeni institut AzScienceNet-ə qoşuldu

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017
İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

12-06-2015
Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016
Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017
İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019
Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

29-04-2026
Tibb Universiteti beynəlxalq şəbəkəyə qoşuldu

Tibb Universiteti beynəlxalq şəbəkəyə qoşuldu

13-10-2017
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

25-06-2015
AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023
10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017
Azərbaycan Texniki Universiteti və NDU Eduroam xidmətinə qoşulub

Azərbaycan Texniki Universiteti və NDU Eduroam xidmətinə qoşulub

13-01-2026
Akademik:“Alimlərin qarşısında duran əsas problem keyfiyyətli elmi-tədris təyinatlı onlayn kontentlərdir”

Akademik:“Alimlərin qarşısında duran əsas problem keyfiyyətli elmi-tədris təyinatlı onlayn kontentlərdir”

28-09-2022
AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018
Distant tədris mərkəzlərinin fəaliyyəti  genişləndirilir

Distant tədris mərkəzlərinin fəaliyyəti genişləndirilir

06-04-2016
AzScienceNet-in imkanları genişləndirilir

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017
Ekspert:AzScienceNet şəbəkəsindən bəzi universitetlərimizin xəbəri yoxdur

Ekspert:AzScienceNet şəbəkəsindən bəzi universitetlərimizin xəbəri yoxdur

28-09-2022
AzScienceNet-in  İnternet Xidmətləri Mərkəzinin açılışı olub

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzinin açılışı olub

19-10-2016
 Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017
Elektron elmin inkişafı müzakirə olunub

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019
AzScienceNet-in fəaliyyəti gücləndirilir

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016
Doktorluq imtahanları distant formada keçirilib

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017
AzScienceNet-in biznes modeli beynəlxalq konfransda müzakirə olunub

AzScienceNet-in biznes modeli beynəlxalq konfransda müzakirə olunub

30-01-2017
Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

09-06-2026
AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

09-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə