Previous Next
Bağla

Ekspert:AzScienceNet şəbəkəsindən bəzi universitetlərimizin xəbəri yoxdur

28-09-2022 17:46
Ekspert:AzScienceNet şəbəkəsindən bəzi universitetlərimizin xəbəri yoxdur
Avropa elm və təhsil şəbəkəsinin üzvü olan AzScienceNet şəbəkəsindən bəzi universitetlərimizin ümumiyyətlə xəbəri yoxdur
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.
"Bu gün Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” keçirilir.
Konfrans Avropanın Elm və Təhsil Şəbəkəsi - GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşıb.
EaPConnect layihəsi Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən elektron elm infrastrukturunun yaradılması və bu ölkələrdə fəaliyyət göstərən alim, müəllim heyəti, eləcə də tələbələrin genişzolaqlı internet şəbəkəsinə çıxışının təmin edilməsini nəzərdə tutur.
Düşünürəm ki, faydalı bir tədbirdir , bu tip layihələr bizim alimlərin və elm mühitinin Avropaya inteqrasiyası və Avropanın rəqəmsal resurslarından daha səmərəli istifadə edilməsi sahəsində mühüm əhəmiyyət kəsb edir.
Bununla belə, bu istiqamətdə müəyyən addımlar atılsa da, Avropa resurslarından istifadə sahəsindəki vəziyyəti qənaətbəxş də hesab etmək olmaz.
Azərbaycan GEANT Assosiasiyasında ETN-nin İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm-kompüter şəbəkəsi vasitəsi ilə təmsil olunur.
AzScienceNet şəbəkəsi Data Mərkəz, İnternet xidmətləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi strukturlara malikdir.
AzScienceNet 2015-ci ildən Avropanın EaPConnect layihəsində iştirak edir və oradan dəstəklənir. Hazırda bu şəbəkə 3Gb/s internet trafikə sahibdir və onun xeyli hissəsi, təxminən 2Gb/s trafik AzEduNet Təhsil şəbəkəsinə ötürülür.
Amma maraqlıdır ki, hazırda ölkə üzrə elmi müəssisələrinin yalnız 33%-i, ali təhsil müəssisələrinin isə yalnız 42%-i AzScienceNet-in internet trafikindən istifadə edir.
Yəni, bu o deməkdir ki, elm və təhsil şəbəkəmizin heç yarısı bu sistemə qoşulmayıb.
Düşünürəm ki , ölkəmizin elm və təhsil mühitinim EaPConnect layihəsinin və AzScienceNet-in imkanlarından istifadəsini genişləndirmək olduqca vacibdir. İTİ və AzScienceNet rəhbərliyi bu şəbəkənin imkanları, mövcud rəqəmsal xidmətlərlə bağlı məlumatlandırmanı gücləndirməli, milli elm və təhsil mühitinin bu resursdan daha çox faydalanmasına diqqəti artırmalıdır. Maraqlı məqam odur ki, bizim bəzi universitetlərimizin bu layihələrdən ümumiyyətlə xəbərləri belə yoxdur.
Elə konfransda söhbətləşdiyim bəzi rektorlar da Avropa tərəfindən bu layihəyə ayrılan resurslardan, vəsaitlərdən və ümumiyyətlə bu layihədən xəbərsiz olduqlarını bildirirdilər. Konfransda maraqlı təkliflər də olub.
Çıxış edən İTİ-nin Baş direktoru, Akademik Rasim Əliquliyev də layihənin imkanlarının genişləndirilməsi, Azərbaycanın elm və təhsil mühitinin Avropaya inteqrasiyasının vacibliyindən danışaraq bu istiqamətində təkliflər verib".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

27-03-2023

“AzScienceNet” Mərkəzi Moldovada keçirilən beynəlxalq konfransda təmsil olunub

18-10-2024

İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019

İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

12-06-2015

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017

Akademik:“Alimlərin qarşısında duran əsas problem keyfiyyətli elmi-tədris təyinatlı onlayn kontentlərdir”

28-09-2022

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016

AzScienceNet şəbəkəsi üzərində yeni xidmətlər yaradılacaq

06-04-2016

Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

29-04-2026

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017

AzScienceNet-in biznes modeli beynəlxalq konfransda müzakirə olunub

30-01-2017

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

29-03-2015

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib

01-05-2020

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

18 təhsil müəssisəsi AzScienceNet şəbəkəsinə qoşulub

20-09-2019

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

25-06-2015

Tibb Universiteti beynəlxalq şəbəkəyə qoşuldu

13-10-2017

Azərbaycan Texniki Universiteti və NDU Eduroam xidmətinə qoşulub

13-01-2026

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzinin açılışı olub

19-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə