Previous Next
Bağla

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib

01-05-2020 14:44
İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutu fəaliyyətini yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq davam etdirir. İnstitutun direktoru, akademik Rasim Əliquliyevin rəhbərliyi ilə bu elmi qurumun növbəti onlayn iclası keçirilib. İclasda bir sıra cari məsələlərə baxılıb.

Xeberler.az bildirir ki, AMEA-nın elmi müəssisə və təşkilatlarına zəruri İnternet xidmətləri göstərən, eləcə də, ölkəmizin elm və təhsil qurumlarının Avropanın Elm və Təhsil Şəbəkəsinə (GEANT) inteqrasiyasını təmin edən AzScienceNet elm-kompüter şəbəkəsinin xüsusi karantin rejimi şəraitində fəaliyyəti, dayanıqlığı ilə bağlı müzakirələr aparılıb. AzScienceNet-in infrastrukturunun genişləndirilməsi və texniki imkanlarının  artırılması ilə bağlı görüləcək işlər müəyyənləşdirilib.

Sonra GEANT təşkilatının dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect layihəsi çərçivəsində bu ilin oktyabr ayının 10-da Bakıda keçirilməsi nəzərdə tutulan beynalxalq tədbirlə - “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı” (EaPEC 2020) ilə bağlı təşkilati məsələlər müzakirə olunub.

Eyni zamanda, institutda keçirilməsi ötən ildən planlaşdırılan süni intellekt problemləri və informasiya təhlükəsizliyinin aktual məsələləri ilə bağlı elmi-praktik  konfranslara hazırlıq işləri haqqında fikir mübadiləsi aparılıb, təşkilatçılar tərəfindən zəruri məlumatlar verilib.

İclasda, həmçinin xüsusi karantin rejimi müddətində institutun fəaliyyət planına daxil edilən müxtəlif elmi mövzular üzrə müvafiq əməkdaşların iştirakı ilə onlayın seminarların keçirilməsi təklif edilib.

Eləcə də, institutun əməkdaşlarının, doktorant və dissertantlarının  apardığı elmi-tədqiqat işlərinin vəziyyəti müzakirə olunub, tədqiqatların nəticəsi kimi beynəlxalq bazalarda indeksləşən konfrans və jurnallara təqdim edilən, çapa qəbul olunan tezis və məqalələr haqqında məlumat verilib.

Daha sonra, institutun magistrantlarına distant qaydada tədris olunan dərslərin keyfiyyəti, mənimsənilmə səviyyəsi, magistrantların elmi rəhbərləri ilə onlayn rejimdə təmasları ilə bağlı məsələlər müzakirə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019
AzScienceNet-in fəaliyyəti gücləndirilir

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016
Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016
İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020
İnformasiya Texnologiyaları İnstitutu ilə GEANT arasında fikir mübadiləsi aparılıb

İnformasiya Texnologiyaları İnstitutu ilə GEANT arasında fikir mübadiləsi aparılıb

30-06-2025
İnstitutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır

İnstitutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır

08-06-2020
GEANT Assosiasiyası ilə süni intellekt üzrə əməkdaşlıq müzakirə olunub

GEANT Assosiasiyası ilə süni intellekt üzrə əməkdaşlıq müzakirə olunub

02-07-2025
Doktorluq imtahanları distant formada keçirilib

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017
AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023
İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025
10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017
AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018
Elektron elmin inkişafı müzakirə olunub

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019
Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017
Yeni institut AzScienceNet-ə qoşuldu

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017
Avropa təşkilatları İnformasiya Texnologiyaları İnstitutunda aparılan elmi tədqiqatları dəstəkləyir

Avropa təşkilatları İnformasiya Texnologiyaları İnstitutunda aparılan elmi tədqiqatları dəstəkləyir

17-07-2020
İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025
Elektron elmin formalaşması problemləri  müzakirə olunub

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016
İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

20-04-2012
İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

12-06-2015
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları konfransda iştirak ediblər

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları konfransda iştirak ediblər

24-06-2025
Elmi Şuranın 6-cı iclası keçiriləcək

Elmi Şuranın 6-cı iclası keçiriləcək

10-09-2015
İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

16-04-2012
Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə