Previous Next
Bağla

Azercell –də nə baş verir ?

24-12-2017 21:45
Azercell –də nə baş verir ?

Bir neçə gündür ki sosial medianın  gündəmində duran məsələlərdən biri də Azercell ilə bu şirkətin müştərisi, sosial mediada yetərincə aktiv olan Bəxtiyar Hacıyev arasında baş verənlərdir. Bəxtiyar bəy şirkətin fəaliyyətindəki problemlər, onun xidmətlərinin keyfiyyəti ilə bağlı bu şirkətin rəhbərliynə sosial media vasitsəilə  ciddi narazılıq ünvanlayıb və bunu ictimailəşdirib.

Bu problemə, onu doğuran məqamlara bir qədər geniş aspektdən yanaşmaq, fikrimcə daha doğru olardı.

Düşünürəm ki,  baş verənlər gözlənilən idi.
Dərhal qeyd etmək istərdim ki Bəxtiyar bəyin,  bu şirkətin son dövrlərdə fəaliyyətə başlayan Azərbaycanlı prezidentinə qarşı atdığı konkret addımı dəstəkləmirəm və bunun üzərində geniş dayanmaq istəməzdim.

Və elə dərhal da bildirməık istəyirəm ki  bu şirkətin son zamanlardakı fəaliyyəti, xidmətlərinin keyfiyyəti ilə bağlı edilən narazılığı pik həddinə çatdıran və bu etirazı əsaslandıran  kifayət qədər ciddi əsaslar vardı.

Sosial mediada adicə bir monitorinq aparmaqla görmək olar ki təkcə Bəxtiyar bəy tərəfindən deyil, elə xeyli sayda digər müştərilər də xidmətin keyfiyyəti və hüquqların tapdanması, tariflərlə  bağlı son illərdə daha tez-tez şikayətlər edirdilər.  

Oxşar proseslər artıq iki ildən çoxdur ki baş verməkdə  və daha da güclənməkdəydi. Elə mən özüm də bununla bağlı son zamanlarda xeyli açqlamalar vermişəm.

Görəsən nə üçün son dövrlərdə ölkənin ən nəhəng şirkəti olan Azercell-də bu cür hallar çoxalırdı ?

Düşünürəm ki səbəb sox sadədir.
Xatırlayıram ki 2015-ci ilin noyabrında Blomberg Agentliyi qəflətən xəbər yaydı ki Azercell-in sahibi olan TeliaSonera Azərbaycan bazarından çıxacaq və şirkəti satacaq.

Biz o zaman da bildrimişdik ki TeliaSonera –nın Azərbaycan bazarından getməsi ölkənin mobil bazarına, o cümlədən də  Azercell-ə təsirsiz ötüşməyəcək.

Müşahidələrimiz göstərir ki məhz bu məşhur açıqlamadan  sonra Azərcell-də aşıq-aşkar hiss olunan problemlər, həm infrastruktur problemləri və həm də xidmətin keyfiyyərti ilə bağlı problemlər daha tez-tez meydana çıxamağa başladı.

Nə üçün ?
Bunun da yeganə cavabı o ola bilər ki, imtina olunan bir şirkətə TeliaSonera investisiya yatırmaqdan imtina edib. Digər tərəfdən də  sosial medianın inkişafı da Azercell və digər mobil operatorların gəlirlərini xeyli azaltmışdı.

Ciddi investisiya, maliyyə imkanlarından məhrum olan şirkətdə  xoşagəlməz hadisələr  isə gözlənilən idi.

Xatırlayıram ki elə cari ilin əvvəlində bu tip şirkətlər üçün çox ciddi hesab olunacaq daha bir xoşagəlməz hadisə baş verdi, şirkətin sistemi faktiki çökdü . Amma bununla bağlı normal və zamanlnda verilən  bir açıqlama müşahidə etmədim bu qurum tərəfindən .

Fikrimcə Azercell kimi nəhəng şirkətin gülünc rəqəm olan cəmi 10 Gb/s internet sürət üzərindən milyonlarla müştərilərə mobil internet xidməti göstərməsi də əslində elə investisiya problemiylə bağlıydı. Təbii ki bu formada təqdim edilən xidmətlərdə ciddi problemlər olmalıydı.

Güman ki son bir-iki ildə, mənim bildiyim qədər 15-20 İT mütəxəssisin də bu qurumda fəaliyyətini dayandıraraq xarici ölkələrə üz tutmasını ölkəmizdə baş verən devalvasiya ilə bərabər həm də Blombergin həmin açıqlaması ilə bağlıydı.

Fikrimcə Azercell rəhbərliyi infrastruktur problemlərini aradan qaldırmaq, xidmətin keyfiyyətini, müştəri mədəniyyətini yüksəltmək üçün ciddi addımlar atmalıdır.

Əlbəttə ciddi  investisiya çatışmazlığında bunları etmək elə də asan olmayacaq.

Eyni zamanda, bu qurumda xeyli peşəkar şəxslərin işlədiyini bilərək, yuxarıda adı çəkilən konkret problemin həlli istiqamətində atılan addımlar mənim üçün gözlənilən deyildi.
Mən bu şirkətdən daha tolerant, daha konstruktiv, mövcud durumu obyektiv şərh edən daha real  addımlar gözləyirdim.  

Görəsən mobil bazarda bundan sonra proseslər necə inkişaf edəcək ?

Bildiyim qədər Azercell şirkətini əvvəllər Türkcell  almaq istəsə də bu baş tutmayıb. Və bildiyim qədər Azercell-in səhmlərini  elə Azərbaycan hökuməti, NRYT Nazirliyi almaq istəyir, bəzi məlumatlara görə artıq bu reallaşıb da.
Sadəcə rəsmi olaraq açıqlamaq qalıb.

Fikrimcə bu, elə də uğurlu variant deyil.  Düşünürəm ki bu, ölkənin mobil rabitə bazarında sağlam və ədalətli rəqabətin inkişafını, dolayısıyla da xidmətin keyfiyyətini daha da pisləşdirə bilər.

Beynəlxalq normalara görə mobil bazarda normal rəqabət üçün  4 şirkətin olması arzuolunandır. Bizdə isə 3 operator olmasına baxamayaq son illərdə formalaşan NAR –Bakcell əməkdaşlığı bu qurumlar arasında rəqabəti faktiki yox edib. Bazarda faktiki iki qurum, Azercell və NAR-Bakcell arasında rəqabət qalmışdı.

Əgət tənzimləyici qurum olan NRYT Nazirlriyi Azercell şirkətinin sahibi olacaqsa bu bazarda rəqabətin güclənəcəyi ciddi şübhə doğurur.

Əksinə, NRYT Nazirliyinin mobil bazara daha bir-iki operatorun daxil olması istiqamətidnə addımlar atması daha doğru yanaşma ola bilərdi. Nazilrik Azercell-i  aldıqdan sonra isə bazara hansısa yeni operatorların buraxılmasını ümumiyyətlə gözləməyə dəyməz.

Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşər ki, həqiqətən də Azercell ölkədə ən böyük İT qurumlardan biri olaraq İKT sektorunda bir sıra müsbət ənənələrin formalaşmasınada, İT kadrların yetişməsində, innovasiyaların dəstəklənməsində xeyli müsbət rol oynayıb.
Düşünürəm ki bu tip şirkətlərin  ölkədə çox olması İT sektorun, rəqəmsal sahibkarlığın, yeni medianın, bütövlükdə innovasiyaların inkişafı üçün çox zəruridir.


Osman Gündüz
24.12.2017

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

TeliaSonera Azərbaycan bazarından gedirmi ?

17-09-2015

Ölkənin telekommunikasiya və internet bazarında nə baş verir ?

12-10-2017

AİF internetdə yaranan problemə münasibət bildirib

17-04-2017

Nazirlik Azercell-i inkişafa, yoxsa geriyə aparacaq?

07-03-2018

Azercell-in satılmasına münasibət: “Nazirlikdə bu qədər pul haradandır?”

09-03-2018

bp-Azerbaijan-ın Azercell-dən imtina etməsinin səbəbi nədir?

28-08-2009

Azercell-i hansı qurum alır?

12-02-2018

Ekspert: Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?

24-08-2022

Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

02-08-2019

Azercell-in “yağlı” müştərilərini kim ələ keçirmək istəyir?

22-02-2017

Azercell mobil xidmətin keyfiyyətini necə yoxlayır?

01-03-2017

Azercell dövlət şirkəti özəlləşdiriləcəkmi ?

24-01-2024

Azercell-in idarə edilməsində hansı yeniliklər ola bilər? –Şərh

12-03-2018

“Azercell” abunəçilərinə yarana biləcək problemlər barədə xəbərdarlıq etdi

30-01-2009

ASAN imza nə üçün çətinləşdi ?

18-04-2017

Osman Gündüz: Azercell nə üçün gəlirlərini açıqlamadı?

03-03-2020

Azercell-in xidmətində problemlər yaşanır

17-04-2017

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

Nokia bizdə modem satır, Ermənistanda 5G qurur

12-02-2024

“Yeni mobil operatorların bazara daxil olması bizi qorxutmur”

24-02-2016

Ekspert: Mobil operatorlar arasında rəqabəti necə gücləndirmək olar?

24-01-2022

Əli Abbasov TeliaSonera-nın Azərbaycandan getməsindən danışdı

19-09-2015

Enerji sektorunda baş verən qəza, onun səbəbləri və nəticələri haqqında

04-07-2018

Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

20-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə