17 oktyabrda “AWS User Group Baku”nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradaraq onları virtual mühitdə yarışdıracaqlar. Bu format iştirakçılara süni intellekt və bulud texnologiyalarından istifadəni praktiki şəkildə öyrənmək imkanı verəcək.
Ənənəvi texnoloji tədbirlərdən fərqli formatda keçiriləcək turnirdə iştirakçılar beş süni intellekt agentindən ibarət futbol komandaları yaradacaq. Onların hər birini süni intellekt agenti — oyundakı vəziyyəti təhlil edib müstəqil qərar verən proqram idarə edəcək.
İştirakçılar komandalarının strategiyasını müəyyənləşdirəcək, hazırladıqları proqramları “Amazon Web Services” (AWS) bulud platformasında yerləşdirəcəklər.
Oyun başlayanda virtual futbolçular insan müdaxiləsi olmadan hərəkət edəcək. Süni intellekt agentləri meydandakı vəziyyəti analiz edərək hərəkət, ötürmə, müdafiə, hücum və zərbə kimi qərarları avtonom şəkildə qəbul edəcəklər. İştirakçılar isə agentlərin strategiyasını və davranışını formalaşdıracaq, nəticələri izləyərək komandalarını təkmilləşdirəcəklər.
Tədbirdə fərdi və ya komanda şəklində iştirak etmək mümkündür. Tədbirə qeydiyyat Meetup platforması üzərindən həyata keçirilir.
Azercell-in tədbirə dəstəyi ölkədə süni intellekt üzrə bilik və bacarıqların inkişafına, bulud texnologiyalarının praktiki tətbiqinə və yerli texnologiya icmasının gücləndirilməsinə yönəlmiş fəaliyyətinin davamıdır. Turnir tələbələrə, mühəndislərə və texnologiyaya maraq göstərən şəxslərə yeni bacarıqlar qazanmaq və təcrübə mübadiləsi aparmaq üçün effektiv platforma rolunu oynayacaq.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları