Beynəlxalq Robot Olimpiadasının (“RobotChallenge”) Azərbaycanda keçiriləcək yerli mərhələsinə hazırlıq işləri uğurla davam edir. Azercell-in dəstəyi ilə həyata keçirilən layihə ölkədə innovasiya, texnologiya və STEAM sahələrinə marağın artmasına töhfə verir. Mobil operator yarışın milli seçim mərhələsinin rəsmi sponsorlarından biri olaraq gənclərin texnoloji bilik və bacarıqlarının inkişafını təşviq edir.
Hazırlıq mərhələsi çərçivəsində müxtəlif dövlət məktəblərində və özəl təhsil mərkəzlərində “RobotChallenge” ilə bağlı maarifləndirici tədbirlər baş tutub, bir sıra yerli universitetlərdə infosessiyaların təşkili planlaşdırılıb. Həmçinin şagird və tələbələr üçün seminarların, sahə mütəxəssislərinin iştirakı ilə panel müzakirələrin, interaktiv təlimlərin də həyata keçirilməsi nəzərdə tutulub.
Olimpiadanın əsas məqsədi robototexnika və STEAM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) yönümlü biliklərə marağı gücləndirmək, istedadlı məktəbliləri aşkar etmək və onların beynəlxalq səviyyədə çıxışını təmin etməkdir. Milli seçim mərhələsində yüksək nəticə göstərən komandalar Azərbaycanı Çində keçiriləcək beynəlxalq finalda təmsil edəcəklər.
Xatırladaq ki, yarışa qeydiyyat proqramlaşdırma istiqaməti üzrə (onlayn formatda) 18 fevral 2026-cı il, robototexnika istiqaməti üzrə isə 25 mart 2026-cı il tarixinədək açıqdır. “RobotChallenge 2026” barədə ətraflı məlumat və qeydiyyat üçün məktəblilər və komandalar www.robotchallenge.az saytına müraciət edə bilərlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları