Qarabağda “Startup School” layihəsi keçiriləcək

12-02-2026 / 13:22

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” və “Azexport” portalları ilə “Karabakh Training Center” tərəfindən Qarabağda “Startup School” layihəsi keçiriləcək.

Xeberler.az bildirir ki, layihənin keçirilməsində məqsəd işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq və startapların inkişafı, biznesdə innovasiyaların tətbiqi və rəqəmsal ticarət bacarıqlarının artırılmasını dəstəkləməkdir.

28 fevral tarixində Xankəndi şəhərində “Karabakh Training Center”də keçiriləcək tədbirdə Qarabağ Universiteti, sənaye parkları və özəl sektor arasında əməkdaşlıq imkanları müzakirə ediləcək, iştirakçılar sahibkarlıq sahəsində yeni imkanlar və imtiyazlar haqqında məlumat alacaqlar. İİTKM-in mütəxəssisləri tərəfindən sahə üzrə bacarıqların inkişafına yönəlmiş təlimlər və mentorluq xidmətləri təqdim ediləcək. Əsas hədəflər regionda insan kapitalını gücləndirmək, yerli sahibkarlarda innovativ düşüncə tərzi formalaşdırmaq və Qarabağın iqtisadi canlanmasına töhfə verməkdir.

Xankəndi şəhərində fəaliyyət göstərən "Cahan otel", "Kübar café-restoran" və “Karabakh Eco Tour” MMC şirkətləri layihənin sponsorlarıdır.

Təlim proqramında iştirak etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://forms.gle/vsmaABoL1FKr7eg59


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə