Sosialyönümlü layihələrə böyük önəm verən “Azercell” şirkətinin Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində fəaliyyətlərini davam etdirib. “Azercell Telekom” MMC-nin təşəbbüsü və dəstəyi ilə yaradılan klinikanın həkimləri koronavirus pandemiyasının (COVID-19) dünyada tüğyan etdiyi ağır dövrdə belə ölkə üzrə bir çox internat məktəblərinə, uşaq evlərinə, aztəminatlı ailələrin yaşadığı məkanlara səfər edərək yüzlərlə ehtiyacı olan insana yardım ediblər.
“Azercell”in Mobil Göz Klinikası sentyabr ayında Sabunçu rayonu, Şuşa qəsəbəsində yerləşən “Nur” uşaq evini, Yasamal rayon Əlillər Təşkilatı İctimai Birliyini və Xaçmaz rayonunda fəaliyyət göstərən uşaqlar üçün İcma əsaslı Sosial Reabilitasiya mərkəzini ziyarət edərək körpələrə və sağlamlıq imkanları məhdud şəxslərə təmənnasız tibbi xidmət göstərib.
8 oktyabr - “Ümumdünya Görmə Günü” ilə əlaqədar “Azercell”in Mobil Göz Klinikası torpaqlarımızın müdafiəsində cəsurca dayanaraq şəhidlik zirvəsinə ucalan əsgərlərimizin ailələrinə, birinci Qarabağ müharibəsi iştirakçılarına və qazilərimizə, eləcə də 30 ilə yaxın öz daimi yaşayış yerlərindən məhrum olub, qaçqın və məcburi köçkün statusunda yaşayan vətəndaşlarımıza qapılarını açaraq onlar üçün ödənişsiz göz müayinələri və müalicələri təşkil edib.
Noyabrın 24-ü klinika məcburi köçkünlər üçün salınmış “Qobu Park” qəsəbəsinə səfər edib. “Azercell Telekom” MMC, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Xəzər Qayğıkeşlik Layihəsi” təşkilatının birgə iştirakı ilə həyata keçən sosial aksiya zamanı “Azercell”in Mobil Göz Klinikasında çalışan peşəkar həkimlər qəsəbənin sakinlərini optometrik müayinədən keçirib, görmə qabiliyyəti zəif olan vətəndaşlara isə UNHCR-in Azərbaycandakı Nümayəndəliyinin vasitəçiliyi ilə Yaponiyanın “Fuji Optical” şirkətinin ianə etdiyi yüksək keyfiyyətli optik eynəklər paylanılıb.
2020-ci il ərzində 161 insana ödənişsiz göz müayinəsi və müalicəsini təşkil edən “Azercell”in Mobil Göz Klinikası, 9 illik fəaliyyət dövrü ərzində 7125 vətəndaşımıza təmənnasız tibbi yardım göstərib.
Ən müasir avadanlıqla təchiz olunmuş “Azercell”in Mobil Diş Klinikası da pandemiya şəraitində çalışaraq təkcə avqust və sentyabr aylarında Pirallahı qəsəbəsində 200-dən çox xəstəni müayinə və müalicə edib. 2010-cu ildən etibarən fəaliyyətə başlayan klinika bu günə kimi ümumilikdə 8006 nəfərə xidmət göstərib.
Xatırladaq ki, hər iki klinikada müayinə və müalicə tədbirləri "Azercell Telekom" MMC-nin dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyinin həkimləri tərəfindən həyata keçirilir.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 89,3 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 99,8 faiz təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq qızıl mükafatı əldə edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri