Previous Next
Bağla

Azərişıq rəsmi açıqlama verdi

13-08-2018 10:43
Azərişıq rəsmi açıqlama verdi

Sayğaclara müdaxilə etmək mümkün deyil. Onların üzərindəki tarif qoyuluşunu dəyişmək olar. Çünki onlar multi-tarif rejimindədir. 

Xeberler.az məlumat verir ki, bunu abunəçilərin ötən ay böyük məbləğdə işıqpulu gəlməsi ilə bağlı məsələlərə aydınlıq gətirmək üçün keçirilən tədbirdə Azərişıq ASC-nin Satış departamentinin nümayəndəsi Araz Məmmədzadə deyib.

Onun sözlərinə görə, sayğaclara yalnız fiziki müdaxilə mümkündür: “Biz abunəçilərə təklif edirik ki, onlar öz sərfiyyatlarını sayğacla uyğunlaşdırsınlar. Sosial mediada sayğacların göstəricilərinin dəyişdirilməsi ilə bağlı fikirlər yayılıb. Bildirmək istəyirəm ki, elektron və rəqəmsal sayğaclarda onların standartına görə, ancaq oxunma rejimində müraciət qəbul edilir. Yəni hansısa müdaxilə etmək və əməliyyat aparmaq, korreksiya etmək və sairlə bağlıdır”.

Ekspert Osman Gündüz isə bildirib ki, bu tipli müdaxilələr təkcə Azərbaycanda deyil, digər ölkələrdə də olub: “Mən öz fikrimin üzərində qalıram ki, sayğaclara müdaxilə olunub. Araşdırmalarım nəticəsində belə aydınlaşdı ki, bu, təkcə bizdə deyil, digər ölkələrdə də olub. Siz saytda elə bir şərait yaratmalısınız ki, onlar girib ötən ilin iyulunda və bu il nə qədər ödəniş etməli olduqlarını bilsinlər. Baş verənlər göstərir ki, nəsə olub. Bu birmənalıdır. Dünya standartlarında billing sistemi olan otaqda əməliyyat aparmaq üçün ən azı üç adam ora daxil olmalıdır. Sizdə isə bir nəfər də bəs edir. Bu isə düzgün bir şey deyil. Bizdə də bəzi dövlət qurumları var ki, onların da sistemi belədir. Yəni ən azı üç nəfər otağa daxil olanda sistem işə düşür”.

Ekspert hesab edir ki, beynəlxalq audit təşkilatları Azərişığ-ı audit etməlidir: “Bu məsələlərdə maraqlı olan bir sıra dövlət qurumları var. Onlardan Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) və yaxud elektron hökumətlə bağlı qurum sizin billing sisteminizi audit edibmi? Mən bildiyimə görə, bunu etməyiblər. Qanunvericiliyə görə, audit aparılmalıdır. Hesab edirəm ki, beynəlxalq audit təşkilatları Azərişığ-ın hesablama sistemini audit etməlidir. Məncə, burada onların da nümayəndəsi olmalıdır”.

Tədbir haqqinda daha geniş məlumat burada

Görüşdən sonra Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, qurumun şəffaflıq və informasiyalı mühitin inkişafı baxımından belə bir görüşü təşkil etməsini təqdirəlayiq olduğunu bildirib. Osman Gündüz qurumun şəffaflıq və informasiya təminatı ilə bağlı, internet resurslarının daha da təkmilləşdirəcəyi ilə əlaqədar açıqlamalarını müsbət qiymətləndirib.

Qeyd edək ki, sistemə müdaxilə olunması ilə bağlı şüphələrində dəyişiklik olacaq hansısa etibarlı məlumat əldə edə bilmədiyini vurğulayan ekspert: “Qurumun rəsmiləri Azərişıq-ın fəaliyyəti ilə bağlı bir xeyli məlumatlar versələr də mənim sistemə müdaxilə ilə bağlı yazdıqlarımda və şübhələrimdə dəyişiklik olunacaq hansısa bir güvənli informasiya əldə edə bilmədim. Hazırda sistem elə qurulub ki, Azərişıq həm məhsul (enerji) satır, hən onun çəkisini ölçmək üçün tərəzisini (sayğacı) özü quraşdırır, bu məlumatı özü mərkəzə ötürür və həmdə arxada, serverdə onun hesablamasını özü aparır. Proqram təminatlarını da özləri daxildə yazıblar. Düşünürəm ki bütün bu proseslərin hamısı həm digər aidiyyatı dövlət qurumlarımız və beynəlxalq qurumlar tərəfindən, yaxşı olar ki həm də müstəqil ekspertlər tərəfindən audit olunmalıdır. Fikrimcə, həm dövlət nəzarəti gücləndirilməlidir və həm də ictimai nəzarət üçün imkanlar yaradılmalıldır. Yalnız bundan sonra sistemin güvənliliyinə təminat vermək olar” , deyə bildirib.

Həmçinin Osman Gündüz, mərkəzi server, billing və bütövlükdə informasiya sistemlərinin fəaliyyəti ilə də tanış ola bilmədiklərini qeyd edib: “Mərkəzi server, billing sistemi və bütövlükdə informasiya sistemlərinin fəaliyyəti ilə tanış ola bilmədik. Bildirildiyinə görə, bura tək halda və ya bir neçə şəxs də daxil ola bilir. Mərkəzi server və ağıllı sayğaclar arasında şəbəkə var və texniki-texnoloji olaraq ağıllı sayğaclara uzaqdan müdaxilə və uzaqdan idarəetmə sadə bir prosesdir, yəni sayğaclar uzaqdan idarə oluna bilir. Bütün ölkələrdə bu belədir. Azərişıq isə təhlükəsizlik baxımından bu cür bir sistemin olmadığını iddia edir. Düzü, mən anlamadım ki, onda ağıllı sayğaclar, bu informasiya sistemləri nəyə gərəkdir? Odur ki, bu, mənə inandırıcı gəlmir. Yəni, sayğacdakı rəqəmlərin uzaqdan idarə edilməklə dəyişdirilə bilmyəcəyi ilə bağlı hansısa güvənli informasiya və ya əyani bir təqdimat hələlik ortada yoxdur. Hər halda, düşünürəm ki, real vəziyyəti yalnız güvənli audit ortaya çıxara bilər. Görüşdən sonra məndə müəyyən ümidlər yarandı ki, qurumun rəsmiləri baş verənlərdən narahatdırlar və şəffaflığın artırılmasında maraqlıdırlar. Ümid edirəm ki, yaxın gələcəkdə biz bu sahədə daha təkmil və şəffaf bir mühit görə biləcəyik.”

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ağıllı sayğaclara müdaxilə təhlükəsi varmı ?

Ağıllı sayğaclara müdaxilə təhlükəsi varmı ?

16-07-2019
Ekspert ağıllı sayğaclarla bağlı açıqlama verdi

Ekspert ağıllı sayğaclarla bağlı açıqlama verdi

10-08-2018
Azərişıq sisteminə kənar müdaxilə iddiası yenidən gündəmdə

Azərişıq sisteminə kənar müdaxilə iddiası yenidən gündəmdə

12-09-2018
İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

09-03-2019
Elektrik sayğaclarına nəzarət də Antiinhisara verildi

Elektrik sayğaclarına nəzarət də Antiinhisara verildi

06-08-2024
TQDK-da balların hesablanmasına müdaxilənin mümkünlüyü və ictimai nəzarət haqqında

TQDK-da balların hesablanmasına müdaxilənin mümkünlüyü və ictimai nəzarət haqqında

14-08-2014
596 bal topladığı iddia olunan abituriyent haqlıdırmı?

596 bal topladığı iddia olunan abituriyent haqlıdırmı?

17-08-2018
Ekspert Azərişıqda yaranan billinq problemindən danışdı

Ekspert Azərişıqda yaranan billinq problemindən danışdı

15-10-2018
 İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023
Ekspert: Sayğaclara nəzarət edən vahid informasiya sistemi yaradılmalıdır

Ekspert: Sayğaclara nəzarət edən vahid informasiya sistemi yaradılmalıdır

02-02-2022
Ekspert: Azəriqaz, Azərişıq və Azərsu vahid elektron platformada birləşdiriləcək

Ekspert: Azəriqaz, Azərişıq və Azərsu vahid elektron platformada birləşdiriləcək

25-07-2022
Köhnə nəsil smart tipli qaz sayğacları ləğv edilir

Köhnə nəsil smart tipli qaz sayğacları ləğv edilir

05-05-2023
 "Azəriqaz" hansı sayğaclardan istifadə edir?-TƏHLİL

"Azəriqaz" hansı sayğaclardan istifadə edir?-TƏHLİL

16-01-2023
Ekspert: Microsoftun son qərarı istifadəçilərdə anlaşılmazlıq yarada bilər

Ekspert: Microsoftun son qərarı istifadəçilərdə anlaşılmazlıq yarada bilər

15-01-2020
Ekspert mənzillərin onlayn satış prosesiylə bağlı açıqlama verdi

Ekspert mənzillərin onlayn satış prosesiylə bağlı açıqlama verdi

06-09-2018
Osman Gündüz: Kritik infrastruktura dair qanunda ciddi ziddiyyətlər var

Osman Gündüz: Kritik infrastruktura dair qanunda ciddi ziddiyyətlər var

13-08-2025
Çökən 10 milyonluq sistemdən nə xəbər var ?

Çökən 10 milyonluq sistemdən nə xəbər var ?

22-02-2020
Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022
Hesablama Palatası: Süni intellekt texnologiyalarının inkişafı ali audit orqanlarının rolunu artırır

Hesablama Palatası: Süni intellekt texnologiyalarının inkişafı ali audit orqanlarının rolunu artırır

25-11-2025
Enerji sektorunda baş verən qəza, onun səbəbləri və nəticələri haqqında

Enerji sektorunda baş verən qəza, onun səbəbləri və nəticələri haqqında

04-07-2018
Bloklanmış saytların qara siyahısı tezliklə hazırlanmalıdır-EKSPERT

Bloklanmış saytların qara siyahısı tezliklə hazırlanmalıdır-EKSPERT

13-07-2018
"Bravo"da inkassatora silahlı hücum edən cinayətkarlar necə yaxalanıb?

"Bravo"da inkassatora silahlı hücum edən cinayətkarlar necə yaxalanıb?

14-03-2023
DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022
Azərbaycanı internetsiz qoyan Amerika olub ?

Azərbaycanı internetsiz qoyan Amerika olub ?

30-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə