2025-ci il 1–14 avqust tarixlərində “Azərpoçt” MMC-nin İnsan Resursları Biznes Tərəfdaşlıq şöbəsinin rəhbəri Cavid Hüseynov Çin Xalq Respublikasının Ticarət Nazirliyinin dəvəti ilə beynəlxalq seminarda iştirak edib.
Xeberler.az məlumat verir ki, seminarda dünyanın müxtəlif ölkələrindən nümayəndələr bir araya gələrək müasir idarəetmə yanaşmaları, sosial-iqtisadi inkişaf modelləri və insan resurslarının idarə olunmasında tətbiq edilən qabaqcıl təcrübələr barədə fikir mübadiləsi aparıblar. İştirakçılar, həmçinin, əmək bazarının inkişafı, insan kapitalının gücləndirilməsi, peşəkar kadr hazırlığı və insan resurslarının idarə edilməsində şəffaf, effektiv və davamlı mexanizmlərin qurulması sahəsində Çin modelinin uğurlu nümunələri ilə yaxından tanış olublar.
Seminarın sonunda Cavid Hüseynov Çin Xalq Respublikasının Ticarət Nazirliyi tərəfindən fəal iştirakı və seminarı müvəffəqiyyətlə tamamladığına görə sertifikatla təltif olunub.
Əminik ki, “Azərpoçt” əməkdaşlarının beynəlxalq platformalarda iştirakı ölkəmizdə poçt sektorunun inkişafına, insan resurslarının effektiv idarə olunmasına və müasir idarəetmə təcrübələrinin tətbiqinə öz töhfəsini verir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları