“Azərpoçt” MMC Yaponiyanın Daxili İşlər və Kommunikasiya Nazirliyi və Yaponiya Səfirliyinin təşəbbüsü ilə 2023-cü ildən etibarən təməli qoyulan əməkdaşlığı uğurla davam etdirir.
Xeberler.az məlumat verir ki, əməkdaşlığın əsas məqsədi Yaponiyada qurulmuş və müvəffəqiyyət qazanmış poçt işinin ən yaxşı nümunələrini “Azərpoçt”un iş prosesinə tətbiq etməkdir.
Əməkdaşlıq çərçivəsində poçtun rəhbər nümayəndələri ilə Yaponiyanın Daxili İşlər və Kommunikasiya Nazirliyinin yapon nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə poçtdaşıma işinin avtomatlaşması, həmçinin poçt göndərişlərinin sürətli icrası üçün rəqəmsal həllərin tətbiqi imkanları müzakirə edilib.
Daha sonra isə yapon qonaqlar poçtdaşıma mərkəzinə səfər edərək ölkəyə gətirilən “Toshiba” şirkətinə məxsus robotları sınaqdan keçiriblər.
Gətirilən robotlar insan əməyini minimuma endirərək qısa zaman ərzində daha çox bağlamaların çeşidlənməsinə, beləcə xidmət keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq.
Eləcə də poçt işinin təşkili və iş prosesinin sürətlənməsi ilə müştəri məmnuniyyəti əhəmiyyətli dərəcədə təmin olunacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları