“Azerspace-1” peyki yeni kanalların yayımına başlayıb

04-10-2019 / 19:08

Xeberler.az bildirir ki, Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” peyki üzərindən 3 yeni kanal yayıma başlayıb.

“Azərkosmos” ASC-dən bildirlib ki, “Azərkosmos” Gürcüstanın “Mtavari Axri” və “Music Box”, Rusiyanın “ИЛЛИ ТВ” televiziya kanallarının kommersiya yayımına dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, “Mtavari Axri”, “Music Box” və “ИЛЛИ ТВ” kanalları oktyabrdan etibarən “Azerspace-1” peyki üzərindən 11095/H/30000 tezliyi ilə yayımlanır. Sadalanan kanallar vasitəsilə gürcü və rus dillərində ictimai, iqtisadi, analitik, idman, musiqi, əyləncə və mədəniyyət proqramları nümayiş edilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə