Previous Next
Bağla

E-kitabxana sistemlərinin təhlükəsizliyi müzakirə edilib

04-04-2016 11:21
E-kitabxana sistemlərinin təhlükəsizliyi müzakirə edilib

Respublikanın elmi qurumlarında idarəetmənin və aparılan elmi-tədqiqat işlərinin səmərəliliyini yüksəltmək, onların fəaliyyətini əlaqələndirmək və istiqamətləndirmək, Azərbaycan elminin dünya elmi mühitinə inteqrasiyasını təmin etmək üçün elmi fəaliyyətin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə yenidən qurulması vacibdir.

AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli internet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet elm kompüter şəbəkəsi bu məsələlərin həllində mühüm rol oynayır.

Xeberler.az-ın məlumatına görə, bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Məmmədrəsul Yaqubov institutun elmi seminarında çıxışı zamanı bildirib.

 “AzScienceNet elm kompüter şəbəkəsində elektron kitabxana xidməti” mövzusunda məruzəni təqdim edən M.Yaqubov AzScienceNet-də AMEA-nın əməkdaşlarına Wi-Fi, Eduroam, Cloud Computing, monitorinq və informasiya təhlükəsizliyi, Hosting, distant təhsil və s. ilə yanaşı, elektron kitabxana xidmətinin də göstərildiyini diqqətə çatdırıb.

O bildirib ki, şəbəkə infrastrukturu əsasında yaradılmış AzScienceNet-in platformasında yerləşən elektron kitabxana sisteminin qurulma, təhlükəsizlik, miqyaslanma və elastiklik məsələlərinin həlli yolları şəbəkədə tətbiq olunub.

O, həmçinin tanınmış elektron kitabxanalar, e-kitabxana sistemi proqramları, e-kitabxana sistemi avadanlıqları, AzScienceNet-də e-kitabxana infrastrukturu haqqında danışıb.

M.Yaqubov AzScienceNet-in Data Mərkəzində yerləşən elektron kitabxana sisteminin Exlibris şirkətinin “Alephino” proqram təminatı vasitəsilə qurulduğunu bildirib.

Qeyd edib ki, Alephino beynəlxalq səviyyədə istifadə olunan və Avropanın müxtəlif dillərində mövcud olan sistemdir. “Sistem müxtəlif inteqrasiya mühitlərinə və sənədlərin özünəməxsus dizaynı üçün bir neçə çıxış formatlarına adaptasiya olunmaq imkanına malikdir”, – deyə bildirən məruzəçi sistemə daxil olmaq və ondan istifadə qaydaları, sistemə dair tələblər, AzScienceNet şəbəkəsində Alephino e-kitabxana serverinin yerləşdirilməsi, Alephino proqram paketinin yüklənməsi, sistemə internet üzərindən qoşulmaların təmin olunması və s. haqqında ətraflı məlumat verib.

E-kitabxana sistemlərinin təhlükəsizliyi məsələsinə toxunan M.Yaqubov xidmətin davamlı olması və əlçatanlığının təmin olunması üçün klassik metodlardan əlavə, virtual serverlərə və ya bulud platformalarına əsaslanan sistemlərin tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Onun sözlərinə görə, bulud texnologiyalarının tətbiqi ilə e-kitabxana sistemlərinin istifadəçi profillərinin analizi aparılır: “Bununla da istənilən istifadəçinin maraq dairəsini müəyyənləşdirərək onun fəaliyyət göstərdiyi elm sahəsində kitab, məqalə və jurnalların dünya kitabxana bazalarından toplanması mümkündür”.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov təklif və tövsiyələrini səsləndirib.

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

07-10-2016

Elektron Kitabxana Mərkəzi təkmilləşdirilir

16-09-2015

“E-kitabxanalarda bulud texnologiyalardan geniş istifadə edilir”

08-04-2016

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

AzScienceCert-in fəaliyyəti genişləndirilir

09-02-2016

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

25-06-2015

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

29-03-2015

İT-nin çoxaspektli problemləri araşdırılır

10-02-2017

“Müasir elektron kitabxanalarda yaşıl və rəqəmsal transformasiyalar” adlı seminar keçirilib

04-11-2024

Elektron Kitabxana və Elmi Tədqiqatlar Mərkəzlərinin açılışı oldu

04-12-2014

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016

AzScienceNet şəbəkəsi təkmilləşdirilir

01-10-2015

Elektron kitabxanaların informasiya təhlükəsizliyinin təmin olunması müzakirə edilib

11-06-2025

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017

Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

15-05-2014

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalının ilk buraxılışı hazırlanır

23-11-2018

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016

Elektron elm alimlərin səmərəli fəaliyyətini təmin edir

16-10-2015

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə