“Aztelekom”un Baş direktor əvəzi: "Hazırda transformasiya dövrü keçirik"

16-05-2023 / 16:37

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC hazırda transformasiya dövrü keçir.

Xeberler.az məlumat verir ki, bunu Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2023” konfransında şirkətin Baş direktoru vəzifəsini icra edən Elçin Niyazov bildirib.

Onun sözlərinə görə, “Onlayn Azərbaycan" layihəsi çərçivəsində 2025-ci ilə qədər Azərbaycanın bütün ərazisi genişzolaqlı internetlə təmin olunacaq.

"Hazırda Azərbaycanda 1,02 milyon ev təsərrüfatı yüksəksürətli internetlə təmin edilib. Bu da ümumi ev təsərrüfatlarının 39%-ni təşkil edir. Yüksəksürətli internet istifadəçilərinin sayı ilə yanaşı, ölkədə internetin median sürəti də artmaqdadır. Son vaxtlar bu göstəricilər 40 % artaraq 27,8 MB/s-yə yüksəlib", - deyə Baş direktor əvəzi qeyd edib.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə