AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC beynəlxalq internet trafikinin magistral fiber-optik şəbəkə üzərindən daşınması üçün infrastruktur bazasını gücləndirir.
Xeberler.az bildirir ki, cari aydan etibarən şirkət mövcud yüksəktutumlu fiber-optik ötürmə texnologiyasına əsaslanan şəbəkəsinin (DWDM) genişləndirilməsinə və müvafiq proqram təminatlarının yenilənməsinə başlayır.
“Huawei” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihənin ilk mərhələsində avadanlığın müvafiq məntəqələrdə quraşdırılması və mövcud şəbəkə ilə inteqrasiyası nəzərdə tutulur. Növbəti mərhələdə beynəlxalq trafikin yeni avadanlıqlar üzərindən daşınmasına keçid təmin ediləcək. Ümumilikdə layihənin cari ilin 3-cü rübü ərzində yekunlaşması planlaşdırılır.
“Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov layihənin təqdimatı zamanı bildirib ki, bu təşəbbüsün icrası nəticəsində Azərbaycanın Şimal – Cənub və Qərb rəqəmsal tranzit dəhlizlərinin əsas komponenti kimi mövqeyi daha da möhkəmlənəcək və bu, ölkəmizin beynəlxalq rəqəmsal mühitdə rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları