“Aztelekom” MMC tərəfindən Oğuz rayonunun 97%-i yüksəksürətli internetlə əhatə olunub

20-04-2024 / 16:38

“Aztelekom” MMC Oğuz rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 97%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb. Rayon mərkəzi ilə yanaşı, bütün kəndlərdə şəbəkənin tikintisi tam olaraq başa çatdırılıb, vətəndaşların genişzolaqlı internet xidmətlərindən istifadəsi təmin edilib. Qoşulmalar davam etdirilir.

Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 Mbit/s-dən 100 Mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Oğuz şəhəri, Bəxtiyar Vahabzadə küç. 1), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.

Qeyd edək ki, 2017 – 2023-cü illərdə Azərbaycanda ümumilikdə 2,16 milyona yaxın ev təsərrüfatının və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 74%-ni təşkil edir.

 

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə