Previous Next
Bağla

Ekspert:Universitetlər arasında rəqabət getdikcə güclənir

02-09-2022 23:04
Ekspert:Universitetlər arasında rəqabət getdikcə güclənir

DİM-in açıqladığı rəsmi rəqəmlərə görə bu ilki qəbulun nəticələrinə əsasən bir neçə universitet var ki, əvvəlki illərlə müqayisədə xeyli uğurlu nəticələr qazanıblar.

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

“Uzun illər müxtəlif ixtisaslarda oturuşmuş mövqeləri olan, yüksək bal toplayanları "qamarlayan" universitetlər indi bu mövqeləri digər universitetlərlə bölüşməli olublar.

Məsələn, ilk dəfə olaraq 600-dən çox bal toplayanlar AzTU -nu da seçiblər, 643,7 balla AzTU-nun kompüter mühəndisliyi ixtisasını seçən də var. Yüksək bal toplayanların sayında kəskin artım var. AzTU -da bu il bakalaviatura səviyyəsi üzrə qəbul planı 97.6 faiz dolub( ötən il 78% olub). Maraqlıdır ki, magistratura üzrə AzTU -ya bu il qəbul olunanlar da ötən ildəkindən 5 dəfə çox olub.

AzTU -da İctimi Şura sədri olaraq, Rəqəmsal Transformasiya Şurası üzrə kordinator olaraq deyə bilərəm ki, bu cür uğurlu göstəricilər son bir neçə ildə universitetdə tərdis və tədqiqat işlərinin, beynəlxalq əlaqələrin, universitet -sənaye iş birliyi və rəqəmsal transformasiya sahəsində aparılan sistemli işlərin nəticəsi olaraq əldə edilib. Qısa müddətdə AzTU -da çox ciddi dəyişikliklər edilib.

Qeyd etdiyim kimi, DİM-in son məlumatından görünür ki, yalnız AzTU deyil, bir çox universitetlər mövqelərini xeyli yaxşılaşdırıblar. Yəni, görünən odur ki, hansısa oturuşmuş maliyyə "yastığı" olmayan elə universitetlər (UNEC, AzTU, ADPU, ADNSU, Qərbi Kaspi, regionallardan MDU və s.) var ki, yaxın müddətdə onlar ölkədə ciddi rəqabətli mühit formalaşdıra biləcəklər. Onların regional və qlobal təhsil platformalarına inteqrasiyası getdikcə sürətlənir, ikili diplom proqramların sayı xeyli artıb və proses getdikcə güclənəcək.

Əksər universitetlərdə son illər rüşvət və korrupsiya minimuma enib. Artıq rüşvətin olmaması universitetin keyfiyyət göstəricisi hesab olunmur.Hökumətin son zamanlar qəbul etdiyi strategiyalarda da tədqiqat yönümlü, rəqabətə davamlı, rəqəmsallaşan, əmək bazarın tələblərinə cavab verən universitetlərin formalaşmasından söhbət gedir.

Yeri gəlmişkən, düşünürəm ki, hökumət və Elm və Təhsil Nazirliyi də universitetlərin müstəqilliyinin artırılmasına, publik hüquqi şəxslər olaraq daha çox maliyyə, tədris, idarəetmə və akademik hüquqların universitetlərə verilməsinə diqqəti artırmalıdır.

İndiki şəraitdə universitetlərin muxtariyyəti ilə bağlı vəziyyət qənaətbəxş hesab oluna bilməz, hətta publik şəxslər olsa belə. Hansı ki, bu, başqa bir müzakirənin mövzusudur”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

12-09-2022
AzTU SAP Universitetlər Alyansına üzv oldu

AzTU SAP Universitetlər Alyansına üzv oldu

24-02-2024
Azərbaycanda Türk Dünyası Mühəndislik Mərkəzi yaradılacaq

Azərbaycanda Türk Dünyası Mühəndislik Mərkəzi yaradılacaq

05-12-2022
AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

26-11-2021
Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024
AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

27-01-2023
Ekspert: Elmi institutların taleyi necə olacaq?

Ekspert: Elmi institutların taleyi necə olacaq?

29-07-2022
AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

28-02-2023
Universitetlər rəqabətli mühit üçün hansı addımları atacaq: məhkəmə yoxsa muxtariyyət ?

Universitetlər rəqabətli mühit üçün hansı addımları atacaq: məhkəmə yoxsa muxtariyyət ?

23-01-2021
Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022
“Bitget” şirkətinin icraçı direktoru AzTU-da olub

“Bitget” şirkətinin icraçı direktoru AzTU-da olub

06-05-2025
Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

27-05-2025
AzTU ilə Çin universiteti arasında Niyyət Protokolu imzalanıb

AzTU ilə Çin universiteti arasında Niyyət Protokolu imzalanıb

25-05-2026
AzTU və Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi arasında müqavilə imzalanıb

AzTU və Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi arasında müqavilə imzalanıb

12-12-2023
İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

08-02-2024
"Şuşa ili" ilə bağlı beynəlxalq konfrans keçirilib

"Şuşa ili" ilə bağlı beynəlxalq konfrans keçirilib

21-05-2022
 Nokia-nın müasir avadanlıqlarla təchiz etdiyi laboratoriya fəaliyyətə başlayır

Nokia-nın müasir avadanlıqlarla təchiz etdiyi laboratoriya fəaliyyətə başlayır

14-12-2022
AzTU-nun mütəxəssisləri NRYTN-nin Yüksək Texnologiyalar Parkında olublar

AzTU-nun mütəxəssisləri NRYTN-nin Yüksək Texnologiyalar Parkında olublar

19-09-2018
AzTU “QS dünya universitetləri reytinqi”ndə 801–850-ci yerdə qərarlaşıb

AzTU “QS dünya universitetləri reytinqi”ndə 801–850-ci yerdə qərarlaşıb

18-06-2026
AzTU-da süni intellekt texnologiyalarına həsr olunan görüşü keçirilib

AzTU-da süni intellekt texnologiyalarına həsr olunan görüşü keçirilib

23-11-2023
Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

04-04-2023
AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024
AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib

AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib

03-09-2020
AzTU-da Beynəlxalq Reytinq Agentliyinin nümayəndəsi ilə görüş keçirilib

AzTU-da Beynəlxalq Reytinq Agentliyinin nümayəndəsi ilə görüş keçirilib

03-05-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə