“Bağça məsələsinin” görünməyən tərəfləri və ya məntiqsiz tabeçilik kimlərə sərf edir ?

05-04-2021 / 20:50
Bir neçə gün öncə Təhsil Nazirliyi aprelin 5-dən bəzi bölgələrdə pandemiya səbəbindən təhsil müəssisələrinin, o cümlədən bağçaların işləməyəcəyini bildirmişdi.
 
Xeberler.az bildirir ki, məsələyə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:
 
"Əslində Təhsil Nazirlyinin cəm halında “təhsil müəssisələri və bağçalar” açıqlaması ilk günlər, normal olaraq da məntiqli qarşılandı. Yəni, bağçalar, məktəbəqədər təhsil müəssisələri normal məntiqlə, bütöv təhsil sisteminin bir tərkib hissəsidir.
 
Təhsil naziri Emin Əmrullayevin bilərəkdən və ya bilməyərəkdən bu açıqlamanı verməsi yenidən dövlət bağçalarının tabelik məsələsini gündəmə gətirdi, hansı ki, burada ciddi problemlər var.
 
Əgər Təhsil Nazirliyi diqqəti cəlb etmək baxımından qabaqcadan hesablamaqla da bu açıqlamanı veribsə, düşünürəm ki, çox doğru addım atıb. Ümid edək hökumətdə qərar qəbul edənlər bu sahədə daha effektiv və səmərəli idarəetmə prinsiplərini tətbiq edəcəklər.
 
Bu gün isə, bağçaların tabe olduğu Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirilib ki, Bakı şəhərindəki dövlət məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti davam edir. Yeri gəlmişkən, xatırlayıram ki, korrupsiyaya qarşı mübarizə ilə əlaqəli bir dövlət tədbirində Təhsil Nazirliyi rəsmisi Bakı şəhər İcra Hakimiyyəti nümayəndəsinə təklif etdi ki, bağçalara elektron qəbul məsələsini həll etmək üçün TN-də artıq hazır olan və aktiv olan “1-ci siniflərə və məktəbəhazırlığa” elektron qəbul informasiya sistemini BŞİH-ə təqdim edə bilər.
 
Lakin sonradan məlum oldu ki, artıq mövcud olan, sadə bir dövlət informasiya sistemini yenidən hazırlamaq üçün Bakı şəhər İcra Hakimiyyəti Eurodesign şirkətinə 390 000 manat vəsait ayırıb. Lakin maraqlıdır ki, müqavilə müddəti çoxdan bitsə də BŞİH hələ də bağçalara elektron qəbulu reallaşdıra bilməyib.
 
Güman ki, bunun səbəbini məntiqsiz idarəetməni məqbul hesab edənlər daha yaxşı bilər. Təəssüfləndirici bir haldır ki, belə bir vəziyyət uzun müddət davam edir".

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə