“Bakı 2015”-in Açılış mərasiminə biletlərin hamısı satılıb

10-06-2015 / 20:14

Son 50 ildə Avropa idman təqviminin önəmli tədbiri tamaşaçılarla tam dolu stadionla qarşılanacaq.

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, I Avropa Oyunlarının cümə günü keçiriləcək Açılış mərasimi tamaşaçılarla dolu stadionda baş tutacaq. Oyunların Təşkilat Komitəsindən qeyd edilib ki, artıq mərasim üçün biletlərin hamısı satılıb.

“Bakı 2015”-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bununla bağlı fikrini paylaşıb:

“Bu, inanılmaz nailiyyətdir. İlk Avropa Oyunlarının rəsmi açılış mərasiminin Azərbaycanın idman tarixində ən möhtəşəm və unudulmaz gecə olacağı ilə hamımız qürur duymalıyıq. Son 50 ildə Avropa idman təqviminə daxil edilən çox əhəmiyyətli bir tədbiri tamaşaçılarla tam dolu stadionla qarşılayacağıq”.

Baş direktor 30 ay ərzində xəyalı reallığa çevirdiklərini bildirib:

“Mən, təkcə Açılış mərasiminə deyil, həmçinin idman yarışlarının da biletlərinin satılmasına görə 78 faizi yerli işçilərdən təşkil olunmuş BAOƏK heyətinə öz təşəkkürümü bildirirəm”.

Onun sözlərinə görə, artıq 106 idman yarışları üzrə biletlərin satıldığını da açıqlayıb: “Avropa Oyunları ərəfəsində Bakıda aşkar hiss edilən həyəcan indi də bilet satışlarına sirayət etməkdədir: “BAOƏK ilk Avropa Oyunlarına tamaşa etmək istəyən minlərlə insanın hüquqlarının qorunması, biletlərin təkrar satışı və saxtakarlığı ilə bağlı qanunun tələblərinə riayət edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları ilə birgə fəaliyyət göstərir”.

BAOƏK-in bilet satışı üzrə məsul şəxsi Miryam Boqataj qeyd edib ki, bu sahədə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Milli Məclislə birgə fəaliyyət ortaya qoyulub: “Biz satılan biletlərin həqiqiliyini təmin etmək istəyirik. Bunu etməyin ən yaxşı yolu biletləri yalnız Bakı və Mingəçevir şəhərlərində yerləşən bilet satış məntəqələrindən əldə etməkdir”.

Azərbaycanın idman tarixinin ən böyük gecəsinə bilet əldə edə bilməyənlər isə “Bakı 2015”-in rəsmi veb-saytını izləyə bilər. Açılış mərasimi “Baku2015.com” səhifəsində canlı yayımlanacaq və Bakı vaxtı ilə saat 12-dən başlayan canlı yayım saytda və sosial media platformasında yerləşdiriləcək. Mərasimin hər anı və səhnəarxası görüntüləri qeydə alınacaq.

Açılış mərasimi üçün işçi rejimdə Azərbaycanın paytaxtındakı canlı bloq, tvitlər və möhtəşəm binaların şəkilləri yer alacaq. Mərasim zamanı xüsusi səhnəarxası görüntülər nümayiş etdiriləcək və tədbirin başa çatmasından bir neçə dəqiqə sonra tamaşanın 10 dəqiqəlik icmalı sayta yerləşdiriləcək.

Çərşənbə günü “az.baku2015.com” ana səhifəsi Açılış mərasiminin rənglərinə boyanacaq və üçüncü xüsusi reklam çarxı yerləşdiriləcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.