Bakı, 19 dekabr 2023-ci il — Azərbaycanda Mərkəzi Asiya regionunun İT sənayesi üzrə liderlərinin, beynəlxalq texnologiya təchizatçılarının nümayəndələrinin, Azərbaycanın dövlət və özəl sektorunun təmsilçilərinin toplaşdığı ənənəvi illik “Lenovo Day Baku” forumu keçirilib.
“Fairmont Baku”da keçirilən tədbir “Lenovo”nun tərəfdaşları AMD, “Nutanix” və “Veeam” in dəstəyi ilə baş tutub. Forumda çıxış edən şəxslər qonaqlara İT bazarının əsas tendensiyaları haqqında məlumat verib, dünyada və Azərbaycanda innovativ biznesin inkişafı üçün süni intellektdən istifadə sahəsində ən mühüm mövzuları və qabaqcıl təcrübələri müzakirə ediblər.
“Lenovo Global Technology Azerbaijan” şirkətinin direktoru Rasim Baxşı tədbirin iştirakçılarını salamlayaraq şirkətin son bir ildə Azərbaycan bazarında gördüyü işlərin nəticəsindən, həmçinin AI həllərinə tələbatın artım tendensiyalarından danışıb və “Lenovo”nun bu tələbi ödəməyə hazır olduğunu bildirib.
“Biz 2017-ci ildə süni intellekti inkişaf etdirməyə başlamışıq və bu istiqamətdə infrastrukturun gücləndirilməsinə artıq 2 milyard dollar sərmayə qoymuşuq. Gələcəkdə süni intellektə əsaslanan həllərin hazırlanmasına daha 1 milyard dollar sərmayə qoymağı planlaşdırırıq. Biz bu texnologiyaya marağın artmasına hazırıq. Bizim həllər portfelimiz və süni intellektə uzunmüddətli sərmayələrimiz “Lenovo”nu bu texnologiyanı tətbiq etmək istəyənlər üçün düzgün tərəfdaş edir”.
Tematik sessiyalar çərçivəsində iştirakçılar “Lenovo”nun ThinkAgile HX hiperkonverged klaster həlləri, AMD EPYC prosessorları ilə təchiz edilmiş serverlər portfeli, süni intellekt mühitlərində məlumatların intellektual idarə olunması üçün həllər və “Veeam”in məlumatların qorunması məhsulları ilə tanış olublar. Həmçinin forumda qonaqlara “Lenovo” serverlərinin real layihələrdə uğurlu nəticələri təqdim olunub.
“Lenovo” 180 bazarda 77 000 işçisi olan və 62 milyard dollar dövriyyəyə malik şirkətdir. Lenovo həllərin tam portfelini təqdim edir: server avadanlığı və saxlama sistemləri; İT infrastrukturu, məlumat mərkəzləri, bulud və kənar hesablamalar üçün avadanlıq və proqram təminatı; superkompüterlər; süni intellektə əsaslanan həllər; idarəetmə və XaaS xidmətləri. “Lenovo”nun infrastruktur biznesi öz sahəsində dünyanın ən sürətlə böyüyən biznesidir, saxlama sistemi təminatçıları arasında qlobal miqyasda 1-ci yerdədir və dünyanın ən yaxşı üç server istehsalçısından biridir. Şirkətin təchizat zənciri ən böyük təchizat zəncirlərinin dünya sıralamasında 8-ci, Asiya-Sakit okean regionunda isə 1-ci yerdədir. “Lenovo” süni intellekt həllərinin ən böyük təchizatçılarından biridir.
Şirkət Azərbaycanda 2019-cu ildən fəaliyyət göstərir. Mərkəzi Asiya biznesin inkişafı üçün prioritet regiondur. Şirkət bazarda mövcudluğunun gücləndirilməsinə, insan resurslarına, yerli təcrübənin və tərəfdaşlıq ekosisteminin inkişafına, yerli ehtiyat hissələri anbarlarının açılmasına və səlahiyyətli xidmət mərkəzləri şəbəkəsinin qurulmasına sərmayə qoymağa davam edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri