İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Binance” şirkətinin birgə təşkilatçılığı ilə “Baku Learning Lab” təlimi uğurla həyata keçirilib.
Xeberler.az məlumat verir ki, tədbirdə 100-dən çox iştirakçı yer alıb. “Baku Learning Lab” çərçivəsində iştirakçılar blokçeyn, veb3, treydinq alətləri və kripto bazarının əsas mexanizmləri barədə praktiki biliklər əldə ediblər.
Canlı təlim sessiyaları zamanı real nümunələr əsasında təqdimatlar keçirilib və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, “Baku Learning Lab” kripto sahəsində biliklərin artırılması, peşəkar şəbəkələşmə və innovativ maliyyə alətlərinə çıxış imkanlarının genişləndirilməsi baxımından maarifləndirici platformadır. Bu layihə 2024-cü ildə 4SİM və “Binance” şirkəti arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumu və “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” çərçivəsində həyata keçirilir.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları