ETN İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən institutun əməkdaşları üçün “Süni intellekt savadlılığı” proqramı çərçivəsində təlim təşkil edilib.
Xeberler.az bildirir ki, təlimin əsas məqsədi süni intellektin ən son yenilikləri ilə yaxından tanışlıq, işgüzar fəaliyyətdə süni intellektin imkanlarından faydalanmaq üçün təqdim olunan yeni xidmətlərlə bağlı müzakirələrin aparılması idi.
Təlimdə Mərkəzin təlimçisi Nofəl Əliyev əvvəlcə ASAN İnnovativ İnkişaf Mərkəzi haqqında məlumat verərək bildirib ki, 5 ilə yaxındır fəaliyyət göstərən Mərkəzin təşkil etdiyi 650-dən çox təlimə bugünədək 30 mindən çox iştirakçı qatılıb.
O, daha sonra iştirakçılara süni intellektin ən son yenilikləri və tətbiqləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, süni intellekt gündəlik iş prosesinin sadələşdirilməsi, daha dəqiq qərarların qəbul edilməsi, effektivliyin yüksəldilməsi və liderlik bacarıqlarının gücləndirilməsi baxımından geniş imkanlar açır. Nofəl Əliyev süni intellekt texnologiyalarının əməkdaşların rutin xarakterli iş yükünü əhəmiyyətli dərəcədə azaltdığını, onların daha yaradıcı və strateji fəaliyyətlərə fokuslanmasına imkan yaratdığını vurğulayıb.
Tədbirdə iştirakçılara nəzəri biliklərlə yanaşı, real həyatda tətbiq edilə biləcək praktiki bacarıqlar da aşılanıb. “Skywork Aİ”, “Gemini”, “Kimi”, “Claude”, “DeepSeek” və s. kimi generativ süni intellekt platformalarının müqayisəli təhlili aparılıb, onların üstün və çatışmayan cəhətləri izah edilib, elmi fəaliyyətin səmərəliliyinin artırılmasında daha geniş tətbiq potensialına malik sistemlər əyani nümunələr əsasında təqdim olunub.
Sonda geniş fikir mübadiləsi aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.


Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları