AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək!

28-11-2025 / 10:21

2025-ci il 5–6 dekabr tarixlərində AzTU İnkubasiya Mərkəzində Azərbaycan Texniki Universitetinin (AzTU) “Startap Günləri” keçiriləcək.

Xeberler.az bildirir ki, tədbirin ilk günü — 5 dekabr (cümə günü) saat 14:00-dan günün sonuna kimi davam edəcək. 6 dekabr (şənbə günü) isə proqram 10:00–16:00 aralığında keçiriləcək. Tədbirin məkanı Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzi olaraq müəyyən edilib.

“Startap Günləri” iştirakçılara öz biznes ideyalarını inkişaf etdirmək, onları real layihələrə çevirmək və startap ekosistemi ilə birbaşa əlaqə qurmaq imkanı yaradacaq. Gənc innovatorlara güclü mentorlar və təcrübəli ekspertlər tərəfindən dəstək göstəriləcək.

Tədbirdə iştirak edənlər:

  • Uğurlu startap qurucuları və potensial investorlarla tanış olmaq,

  • Motivasiya yönümlü gənclərlə geniş networking qurmaq,

  • Öz komandalarını formalaşdırmaq və liderlik bacarıqlarını inkişaf etdirmək,

  • Praktiki təlimlər vasitəsilə real biznes bacarıqları qazanmaq,

  • Müsabiqələrdə layihələrini təqdim edərək seçilən ideyalar arasında olmaq,

  • Rəsmi sertifikat əldə etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, tədbirdə iştirak tamamilə ödənişsizdir. Gənclər yalnız öz ideyalarını və motivasiyalarını gətirməklə kifayətlənəcəklər.

Startap ekosistemində yer almaq istəyən gənclər aşağıdakı keçidlə qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/FGELANnL46z3aguA8


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə