Azercell Telekom-un Barama mərkəzinin dəstəyi ilə Azərbaycanda A’Startap Sammiti keçirildi.
Xeberler.az bildirir ki, “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə ölkəmizdə daha bir layihə reallaşdı. “Aforyouth” təşkilatı ilə birlikdə Azercell və “PAŞA” Bankın baş sponsorluğu ilə 18-20 iyul tarixlərində Bakıda “A’Startap Sammiti 2018” və intensiv seminar keçirildi. 3 günlük tədbir sahibkarların, gənc liderlərin biznes və yaradıcılıq bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil edildi. Tədbirin ilk günü işgüzar əlaqələrin qurulmasına həsr olundu: beynəlxalq arenaya çıxmağa can atan 45 yerli sahibkar bir-birini tanımaq və gələcək potensial tərəfdaşlarla əlaqələr qurmaq imkanı əldə etdi. Komandanın formalaşmasından sonra müxtəlif biznes metodlarından istifadə edərək problemin
müəyyənləşdirilməsi həyata keçirildi. Sammitin ikinci günü gənc startapları narahat edən problemlərin müzakirəsinə və onların həlli istiqamətində müəyyən tövsiyyələrin verilməsinə həsr olundu. Tədbirin sonuncu günü 20 iyulda isə Azərbaycanın biznes icması üçün açıq gün təşkil olundu və iştirakçılar son iki gündə formalaşdırdıqları startap ideyalarını müvafiq şirkətlərə təqdim etdilər.
Beləliklə, qaliblərin adları açıqlandı: "Studentsy" layihəsi ilə Ilkin Bayramlı, Nəriman Məmmədli, Naseh Bədəlov 1-ci yerin qalibi oldular. 2-ci yerə “BestFit" layihəsi ilə Valid Məmmədli, Nərmin Nəsirova, Xəyalə Mirzəyeva, 3-cü yerə isə "Rise in rice" Camal Əhmədov, Ləman Əsədli layiq görüldülər.
Qalib komandalara gələcəkdə Barama Mərkəzində ideyaları üzərində işlərini davam etmək şansı yaradıldı və əlavə olaraq da Start Coworking Mərkəzindən hədiyyə şəklində aşağıdakılar təqdim olundu:
1-ci yer - bir aylıq ödənişsiz ofis sahəsi (bütün xidmətlər daxil, 1nəfər)
2-ci yer - bir həftəlik ödənişsiz ofis sahəsi (bütün xidmətlər daxil, 1nəfər)
3-cü yer - 3 günlük ödənişsiz ofis sahəsi (bütün xidmətlər daxil, 1nəfər)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri