Previous Next
Bağla
REKLAM YERİ

Azercell Telekom MMC və İsrail Səfirliyinin birgə layihəsi

05-02-2019 16:35
Azercell Telekom MMC və İsrail Səfirliyinin birgə layihəsi

İsrail Səfirliyi “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birlikdə “TOM” (Tikkun Olam Makers) layihəsini təqdim etdi. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların gündəlik problemləri üçün açıq həllər yaratmaq məqsədilə ixtiraçılar (“makers”) ilə ehtiyac sahiblərini (“need knowers”) əlaqələndirməkdir.

Xeberler.az  bildirir ki, layihənin təqdimat mərasimi Azercell, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) , PAŞA Bank, JOY Uşaq İnkişaf Mərkəzi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İdman Adakemiyasınin Media Mərkəzi və digər qurumların dəstəyi ilə 5 Fevral, 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində keçirildi. Mərasimdə həmçinin TOM-un Azərbaycandakı veb səhifəsi təqdim olundu. Səhifədə fiziki məhdudiyyətli şəxslərin gündəlik üzləşdikləri çətinliklər, həm də ixtiraçılara müraciət əks olundu. Tədbirdə çıxış etdilər:

Avital Rozenberq - İsrailin Azərbaycan Respublikasındakı Səfirinin müvəqqəti işlər vəkili

İmran Bağırov - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri

Vüqar Behbudov - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial

Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri

Məftunə İsmayılova- Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq məsələləri üzrə

Dövlət komitəsinin baş məsləhətçisi

TOM gündəlik problemlərin texnoloji həlli yollarını tapmaq məqsədilə istehsalçıları, dizaynerləri, developerləri və mühəndisləri sağlamlıq imkanları məhdud insanlarla (“ehtiyac sahibləri”) birləşdirən qlobal icma hərəkatıdır. Layihə barədə ətraflı məlumat üçün TOM-un Azərbaycandakı və beynəlxalq veb saytından istifadə edə bilərsiniz:

http://tombaku.barama.az/ 
http://tomglobal.org/ 

İstedadlı şəxslər üçün elan olunmuş çağırışdan sonra, potensial ixtiraçılara iştirak üçün qeydiyyatdan keçməyə təxminən 1 ay vaxt veriləcək (28 fevral tarixinədək). 5 TOM tapşırığında (“çağırışında”) komanda şəklində iştirak edən yarışçıların adları mart ayında açıqlanacaq. Onlar Pre-TOM tədbirində bir-biri ilə tanış olacaq və birlikdə çalışmağa başlayacaqlar. Komandalar təxminən 1 ay ərzində qoyulmuş problemə həll yolu düzəltməlidir. Layihə dövründə komandalara “SCHWATECH” MMC tərəfindən dəstək göstəriləcək. Komandaların yekun məhsulları 17 aprel 2019-cu ildə keçiriləcək TOM tədbirində təqdim olunacaq və bütün ideyalar ictimaiyyətə açıq olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

Barama mərkəzində A’Startap Sammiti keçirildi.

24-07-2018

Tom və Jerry artıq dava etməyəcək

12-01-2015

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017

Barama məktəblilər üçün yeni layihəyə başlayır

22-12-2017

Onlar 36 saat yatmayacaq- Yarışma

04-03-2016

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019

2 gün yuxusuz qalan developerlər arasında qaliblər seçilib

14-05-2018

Azercell mükafata layiq görüldü

03-11-2015

Azercell Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak etdi

28-08-2018

Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib

15-11-2019

Barama ölkəmizi Seedstars-da təmsil edib

14-12-2017

Barama Regional Sahibkarlıq Konfransı baş tutub

26-12-2018

Azercell-in dəstəyi ilə V Uşaq Paralimpiya Oyunları keçiriləcək

31-10-2019

Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

29-11-2018

A’Startap Sammitinə qeydiyyat başladı

27-06-2018

Azercell şəxsi biznesini qurmaq istəyənlərə fürsət yaradır

13-08-2018

Proqramçılar üçün yarış elan edilib

23-10-2017

Azercell-in Barama Mərkəzindən Mayak layihəsinə dəstək

22-12-2018

Növbəti startap turu Qubada keçiriləcək

07-06-2018

Azercell-in dəstəyi ilə Beynəlxalq İnformatika Olimpiadası başa çatıb

11-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə