Reuters institutunun “Digital News Report 2015” hesabatı internet istifadəçiləri tərəfindən xəbərlərin istifadəsinin əsas əhəmiyyətini əks etdirir.
Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, ABŞ-da xəbərlər tapmaq üçün axtarışdan yararlanan istifadəçilərin 51 faizi bildirib ki, linkə daxil olmağa səbəb başlığın maraqlı olmasıdır, mənbə isə bir o qədər əhəmiyyət kəsb etmir.
İstifadəçilərin 37 faizi etibar etdiyi saytın xəbərinə daxil olur. Axtarışda sosial siqnallar zəif amildir. Respondentlərin yalnız 11 faizi etibar etdiyi insan tərəfindən dərc edilən xəbəri açır.
Başlıqlar insanların linkə daxil olmaq istəyinə təsir edən ən vacib amil olaraq qalır. Lakin buna baxmayaraq az sayda respondent (37 faiz) başlıqların axtarışa nisbətdə əhəmiyyətini qeyd edib. İstifadəçilərin 36 faizindən çoxu etibar etdiyi brendlərin xəbərinə daxil olur, 24 faiz etibarlı dostların paylaşdığı məlumatı oxuyur.
Hesabat məlumatları 12 ölkədə (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliya, İrlandiya, Danimarka, Finlandiya, Braziliya, Yaponiya, Avstraliya) 20 min nəfər arasında keçirilən sorğuya əsaslanır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri