Previous Next
Bağla

Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

25-02-2026 20:49
Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Milli Süni İntellekt Mərkəzinin təşkilatçılığı ilə Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib.

Xeberler.az məlumat verir ki, təlimlərin əsas məqsədi dövlət qulluqçularının rəqəmsal bacarıqlarının artırılması, kibertəhlükəsizlik sahəsində biliklərinin gücləndirilməsi və müasir texnoloji alətlərdən effektiv istifadənin təşviqidir.

Təlimlərdə Biləsuvar rayonunda fəaliyyət göstərən müxtəlif dövlət qurumlarını təmsil edən 40-dan çox əməkdaş iştirak edib.

Tədbirin açılışında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edib. Çıxışlarda bildirilib ki, rəqəmsal keçid yalnız texnoloji yenilənmə deyil, eyni zamanda, vətəndaş və biznes subyektlərinə göstərilən xidmətlərin şəffaflığının, operativliyinin və keyfiyyətinin artırılmasına xidmət edən transformasiya prosesidir. Dövlət qurumlarında rəqəmsal inkişaf prosesinin sürətləndirilməsi, innovativ yanaşmaların tətbiqi və informasiya təhlükəsizliyinin gücləndirilməsi prioritet istiqamətlər kimi dəyərləndirilib.

Keçirilən təlimdə rəqəmsal savadlılığın əsas komponentləri, müasir iş mühitində tətbiq olunan rəqəmsal alətlər və onların təhlükəsiz istifadəsi qaydaları barədə geniş məlumat təqdim edilib və praktiki tövsiyələr verilib. Eyni zamanda, kibertəhlükəsizlik və məlumatların mühafizəsinə həsr olunmuş təlim sessiyası çərçivəsində sənədlərlə iş zamanı riayət edilməli təhlükəsizlik qaydaları, informasiya ehtiyatlarının və sistemlərinin kiberrisklərdən qorunması məqsədilə tətbiq olunan alət və əsas prinsiplər iştirakçıların diqqətinə çatdırılıb.

Milli Süni İntellekt Mərkəzi tərəfindən təqdim edilən təlim çərçivəsində iştirakçılara süni intellekt alətlərinin sənəd dövriyyəsində, məlumatların təhlilində və vaxtın səmərəli idarə edilməsində tətbiq imkanları əyani şəkildə nümayiş etdirilib. Təlim zamanı süni intellektin dövlət qulluqçularının “rəqəmsal köməkçisi”nə çevrilməsi, qərarvermə prosesində analitik imkanların genişləndirilməsi və iş məhsuldarlığının artırılması yolları ətraflı müzakirə olunub.

İRİA tərəfindən ölkənin bütün regionlarında rəqəmsal inkişafın sürətləndirilməsi, dövlət qulluqçularının və vətəndaşların rəqəmsal bacarıqlarının artırılması, süni intellekt və kibertəhlükəsizlik sahəsində biliklərin genişləndirilməsi məqsədilə maarifləndirmə və təlim tədbirlərinin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Media nümayəndələri üçün kibermaarifləndirmə təlimi keçirilib

23-12-2025

"Azneft"in əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib

21-05-2026

AzMİU əməkdaşları kibertəhlükəsizlik üzrə maarifləndirilib

13-12-2024

Media nümayəndələrinə kibertəhlükəsizliklə bağlı təlim keçirilib

11-06-2024

Azərbaycanda kağız daşıyıcılardan imtina olunacaq

16-01-2025

“Youth Cyber Forum” keçirilib

25-02-2026

XRİTDX Neftçalada maarifləndirmə tədbiri keçirib

26-05-2026

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026

Jurnalıstlərə “Rəqəmsal Savadlılıq” təliminin sertifikatları təqdim olunub

03-08-2023

İRİA rəhbər şəxslər üçün kibertəhlükəsizlik təlimləri təşkil edib

06-03-2025

“Uşaqlara kiberqayğı 2” layihəsinə başlanılıb

18-05-2026

Nazirlik əməkdaşlarına kibertəhlükəsizlik təlimləri keçirilib

02-11-2022

Azercell “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verib

30-05-2025

“Rəqəmsal suverenliyin hüquqi aspektləri” mövzusunda vebinar keçirilib

26-11-2025

ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

01-12-2025

AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

18-02-2026

ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

26-05-2026

“Rəqəmsal Savadlılıq” təliminin bağlanış mərasimi keçirilib

24-10-2024

“Uşaqlara kiberqayğı 2” çərçivəsində daha bir maarifləndirici təlim keçirilib

26-05-2026

ETX ADA Universitetində maarifləndirici tədbir keçirib

05-05-2026

Media nümayəndələri üçün kibertəhlükəsizlik təlimi keçirilib

01-03-2025

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026

“İnsan kapitalında rəqəmsal yanaşmalar” mövzusunda sessiya keçirilib

28-11-2025

"Aviasiya Akademiya"sının tələbələri üçün maarifləndirici təlim keçirilib

04-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə