“Deneyap” texnologiya laboratoriyasında “İlk dərs günü”

28-09-2024 / 16:33

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “Bilim Bakı” Mərkəzinin “Deneyap” texnologiya laboratoriyasında “İlk dərs günü” tədbiri baş tutub.

Xeberler.az-ın məlumatına görə, Dövlət Agentliyindən bildirilib ki, tədbirdə sədr Ülvi Mehdiyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, “Deneyap” texnologiya laboratoriyasına cəlb olunmuş şagirdlər, onların valideynləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə “Bilim Bakı” Mərkəzinin rəhbəri Ahmet Köse şagirdlərə və onların valideynlərinə “Deneyap” proqramı çərçivəsində keçiriləcək təlimlər, laboratoriya konseptləri, tədbirlər, təhsil modeli və dərs planları, tədris müddəti, dərsliklər barədə məlumat verib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Xatırladaq ki, “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı iki mərhələdən ibarət olub. Birinci mərhələ olan yazılı imtahanda Bakı şəhər orta məktəblərinin 4, 5, 6 və 7-ci siniflərini bitirən 5000-ə yaxın şagird iştirak edib. Onların arasından ən çox bal toplayan 431 şagird ikinci mərhələ olan praktiki imtahanda iştirak edib. Hər iki mərhələdə ümumi olaraq ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq hüququ qazanıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə