“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

26-02-2025 / 18:45

Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və burada tətbiq olunan innovativ həllərlə yaxından tanış olmaq məqsədilə ölkəmizə səfər edib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və Dövlət Agentliyi tərəfindən sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Xeberler.az bildirir ki, görüşdə tərəflər arasında “ASAN xidmət” təcrübəsinin Qazaxıstan tərəfi ilə paylaşılması, eləcə də dövlət xidmətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq barədə Anlaşma Memorandumun imzalanması ilə bağlı ilkin razılığa gəlinib.

Səfər çərçivəsində “ASAN xidmət” və burada tətbiq olunan innovativ həllərlə bağlı Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən geniş təqdimatlar edilib və müzakirələr aparılıb.

Bundan əlavə, qonaqlar Bakı şəhərində yerləşən “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin, “Bilim Bakı” mərkəzinin, 108 Çağrı Mərkəzinin və ASAN Radio/TV-nin fəaliyyəti ilə tanış olublar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə