Bu barədə BMU-danXeberler.az -a məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev qlobal məkanda sürətli texnoloji inkişaf dövrünün tələb və çağırışlarından söz açıb. Rektor gənclərin yeniliklərlə ayaqlaşması, həmçinin onların bu prosesdə fəal iştirakının təmin olunması ilə bağlı təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətinin uğurlu nəticələrini vurğulayıb. Dövlət tərəfindən istedadlı gənclərə hər zaman hərtərəfli dəstək və qayğının göstərildiyini deyən rektor xüsusən informasiya texnologiyaları (İT) sahəsində müasir gəncliyin potensialından düzgün istifadə edilməsi üçün bir sıra mühüm məsələləri önə çəkib. Eyni zamanda, müasir kompetensiyalar əsasında mütəxəssis hazırlığının təşkili, nəzəri biliklərin mənimsənilməsi ilə yanaşı, tələbələrin bilik və bacarıqlarının yeni meyarlara uyğun olaraq təkmilləşdirilməsi, onların rəqabətli əmək bazarına peşəkar kadr kimi daxil olması üçün ali təhsil müəssisələrinin qarşısında duran vəzifələri dilə gətirib.
“BoostCamp” anlayışının tarixinə də diqqət çəkən rektor çıxışında BMU-da bu qəbildən olan təşəbbüslərin icrasının, həmçinin tələbələrin İT sahəsində həyata keçirilən müxtəlif səpkili layihələrinin hər zaman dəstəklənəcəyini bildirib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) əməkdaşı Camal Ağayev isə təmsil etdiyi qurumun BMU ilə əlaqələrindən danışıb, eləcə də həyata keçiriləcək bu kimi layihələrə bundan sonra da dəstəyin veriləcəyini söyləyib. O, ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində innovativ ekosistemin formalaşdırılması sahəsində icra olunan digər layihələr, texnoloji transfer ofislərinin qurulması üzrə hədəflər və s. haqda ətraflı məlumat verib.
Sonra BMU tələbələri - layihənin koordinatoru Lamiyə Mirzəməmmədova, layihənin rəhbəri Abdullah Mahmudov, mentor Hüseyn Şərifzadə tələbələrin qış tətilinin səmərəli keçirilməsi üçün təşkil olunan “BoostCamp 7.0” haqda fikirlərini bildiriblər, eyni zamanda layihə ilə bağlı infoqrafika təqdim edilib.
Layihənin digər mentoru, BMU-İNHA İDP tələbəsi Nihad Məhərrəmov isə cari ildən layihəyə yeni daxil edilən “Hardware” sahəsi üzrə 10 nəfərlik qrupda 3 komanda tərəfindən hazırlanmış layihələr haqda məlumat verib və ardınca komanda üzvləri layihələri nümayiş etdiriblər. Maraqla qarşılanan layihələrin daha da təkmilləşdirilməsi, əlavə dəyərin yaradılması, həmçinin onların yüksək texnoloji əhəmiyyətli məhsullara çevrilərək bazara təqdim olunması ilə bağlı tələbələrə müvafiq tövsiyələrini verən rektor Yaqub Piriyev “BoostCamp” iştirakçılarına uğurlar arzulayıb.
Tələbələrin ifasında bədii hissə ilə davam edən tədbirin sonunda layihədə fəal iştirak edən tələbə və mentorlara BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin hədiyyələri təqdim olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri