Previous Next
Bağla

Dünya İT bazarında 3 faiz illik artım proqnozlaşdırılır

13-02-2017 14:17
Dünya İT bazarında 3 faiz illik artım proqnozlaşdırılır

IDC analitik şirkəti yeni tədqiqat apararaq yaxın illərdə dünya informasiya texnologiyaları (İT) bazarında illik artımın 3 faiz təşkil edəcəyini, İT xərcləri üzrə liderlərin istehsal və maliyyə sektorlarının olacağını proqnozlaşdırır.  

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, analitiklərin proqnozlarına görə, 2017-ci ildə dünya miqyasında İT məhsullarına xərclər 2,4 trilyon dollara çataraq 2016-cı illə müqayisədə 3,5 faiz artacaq.

2015-2020-ci illərdə bazarın ortaillik artım tempinin 3,3 faiz təşkil edəcəyi gözlənilir.

İT həllərinin ən böyük istehlakçıları kimi mütəxəssislər bankları, investisiya xidmətləri tədarükçülərini, sığorta şirkətlərini və maliyyə bazarlarının digər nümayəndələrini qeyd edirlər.

Onlar istehsal sektoru ilə birlikdə pul ifadəsində İT məhsul və xidmətlərinin təxminən 30 faizini sərf edəcəklər.

Hesabata görə, İT sahəsinə, həmçinin telekommunikasiya şirkətləri, hökumətlər və peşə xidmət tədarükçüləri böyük investisiyalar yatıracaq. İT sahəsində xərclərin ən çox artım tempi səhiyyə və bank sektorunda gözlənilir.

İstehlak seqmentinin qlobal İT bazarında payı 20 faiz təşkil etsə də, burada artım olmayacaq, çünki hazırda istifadəçilərin kontentin idarə olunması, təhlükəsizlik və fayl mübadiləsi kimi sahələrdə qurğulardan proqram təminatına keçməsi baş verir.

Şirkətin proqnozuna görə, yaxın illərdə Şimali Amerika 40 faizlik dünya göstəricisi ilə İT bazarında liderliyini qoruyacaq.

Daha çox artım dinamikasını (ildə 5,3 faiz) Cənubi Amerikanın nümayiş etdirəcəyi gözlənilir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünyada İT xərclərin həcmi nə qədərdir?

02-03-2017

Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

30-08-2016

2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq

20-10-2016

İKT bazarında 3,7 faiz artım proqnozlaşdırılır

25-06-2018

Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir

16-01-2017

Fərdi kompüterlərin satışı azalır

30-05-2015

Smartfonların satışı azalacaq

09-09-2015

Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

08-06-2016

Daşınan elektronika bazarında üçqat artım gözlənilir

19-06-2015

Dünya İT bazarında durğunluq gözlənilir

10-07-2019

Ödənişli TV abunəçilərinin sayı 900 milyona çatıb

22-06-2015

İT bazarında sürətli artım gözlənilir

14-11-2017

“Əşyalar interneti” bazarında ikiqat artım gözlənilir

12-01-2017

Dünya telekommunikasiya bazarı üzrə proqnoz azaldılıb

11-11-2015

Gartner: “Bu il dünya İT bazarının həcmi 1,4 faiz artacaq”

19-04-2017

Dünyanın İT-bazarı il ərzində $1,5 trilyonadək artıb

14-02-2011

Dünya noutbuklar bazarında dinamikanın yaxşılaşması gözlənilir

27-04-2015

“5G” smartfonlarının satışının 70 faizi Çinin payına düşür

28-09-2020

4K televizorların tədarükü artacaq

30-07-2015

Ekspertlər 2015-ci il üçün İT bazarının əsas tendensiyalarını açıqladı

20-02-2015

Kompüterlər bazarında yenidən azalma qeydə alınıb

12-10-2018

“Wi-Fi” şəbəkəsini dəstəkləyən qurğuların tədarükü 3,75 milyard ədədə çatacaq

18-04-2015

SİM kartların qlobal tədarük həcmi 5.4 milyarda çatacaq

22-12-2015

Yarımkeçirici sahəsinə kapital qoyuluşu azalacaq

15-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə