«Catel» abunəçisi Elxan Əlibəyov bir aydan artıqdır ki, telefonunun işləmədiyini deyir. Bununla bağlı dəfələrlə baş ofisə müraciət etsə də ona yaranmış problemin nə vaxt aradan qaldırılacağı ilə bağlı məlumat verilməyib.
«NƏ VAXT İŞLƏYƏCƏYİ DƏQİQ BİLİNMİR»
«Bir aya yaxındır işləmir. Mən ofislə əlaqə saxladım, bildirdilər ki, antenalarda təmir işləri aparılır. Mayın 1-nə kimi işləyəcək. Mən yenə əlaqə saxladım, dəqiq məlumat vermədilər ki, nömrə nə vaxt işləyəcək»
«Catel» Şirkəti rəsmi internet səhifəsində mayın 5-də yerləşdirilən məlumatda yaranan texniki problemin tədricən bərpa edildiyini yazır.
NASAZLIQ YENİ XİDMƏT VƏ TEXNOLOGİYALARIN TƏTBİQİ İLƏ BAĞLIDIR
«Catel» şirkətinin sistemində gözlənilməz texniki nasazlıq yaranıb. Problemin qısa zaman ərzində tam aradan qaldırılması mümkün olmadığı üçün şəbəkənin tutumu qismən məhdudlaşıb. Problemi həll etmək üçün şirkətin texniki şöbəsi tərəfindən təcili tədbirlər görülür və müştərilərin xidmətdən istifadə etmək imkanı tədricən bərpa edilir (012 415/417/418 xidməti artıq aktivdir)»
Şirkətin məlumatına görə, yaranmış texniki nasazlıq yeni xidmətlərin və texnologiyaların tətbiq edilməsi ilə əlaqədar ümumi sistemdə yaranmış problemlərlə bağlıdır.
«CATEL»-İN BAZAR PAYI BÖLÜŞDÜRÜLÜR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov isə deyir ki, «Catel» şirkətinin fəaliyyətində yaranan nasazlıq uzun müddətdir həll edilmədiyinə görə, nazirlik bu məsələyə müdaxilə etməli olub və şirkətin abonentlərinin bölüşdürülməsi istiqamətində komissiya yaradılıb.
«Catel» şirkətinin fəaliyyətində uzun müddətdir problemlər yaranıb. Şirkət özü bunu texniki problemlərə izah edirdi. Amma bu problem həll olunmadığından Nazirlik bu məsələyə qarışmalı olub. Nazirlik «Catel» şirkətinin stasionar xidmətlərinin Bakı Rabitə Telefon İctimai Birliyinə, mobil xidmətin isə Azərfon Şirkətinə verilməsi istiqamətində iş gedir».
İqtisadçı şirkətin fəaliyyətində yaranan problemlərin texniki nasazlıqla izah edilməsini inandırıcı hesab etmirMüşviq Əmirov deyir ki, hazırda məsələ ilə Nazirlikdə yaradılmış komissiya məşğul olduğundan şirkətinin işçilərinin taleyi və digər məsələlərin həlli komissiyanın qərarından asılı olacaq.
TEXNİKİ NASAZLIQ BƏHANƏDİR...
Müstəqil iqtisadçı Samir Talıbov isə şirkətin fəaliyyətində yaranan problemlərin texniki nasazlıqla izah edilməsini inandırıcı hesab etmir.
«Yüz faiz deyə bilərəm ki, burada heç bir texniki problem yoxdur. Sadəcə olaraq məmurlararası plan müharibəsi gedir. Bunun da nəticəsində zəif uduzur, güclü qalib gəlir. «Catel» Azərbaycan CDMA bazarının inkişafının tormozuna çevrilmişdi. Rabitə Nazirliyinə təzyiq edirdi, qiymətləri aşağı salmağa qoymurdu. «Catel»-in getməsi bazara ciddi təsir etməyəcək».
CDMA TEXNOLOGİYASI İNKİŞAF EDƏ BİLƏR
Samir Talıbov deyir ki, Amerika, Kanada, Çin və digər ölkələrdə CDMA (Code Division Multiple Access) simsiz telefon rabitə standartı dünyanın telekommunikasiya bazarında ən sürətlə inkişaf edən rabitə növüdür.
Ekspert hesab edir ki, «Catel»in bazar payı digər şirkətlər arasında paylaşarsa və həmin şirkətlər bu bazara ciddi yanaşarlarsa Azərbaycanda da bu sahədə uğur qazanmaq mümkündür. Çünki həm keyfiyyət, həm də sağlamlıq baxımından CDMA texnologiyası şəbəkənin geniş tutumu, məlumatın yüksək sürətlə ötürülməsi, analoq və rəqəmsal faksın dəstəklənməsi və digər xidmətləri ilə fərqlənir.
«CATEL» «Caspian American Telecom LLC» adı altında 1997-ci ildə ABŞ-ın «Omni Communications» konsorsiumu tərəfindən Azərbaycanda qeydiyyatdan keçib. 1999-cu ildən fəaliyyətə başlayan şirkət abonentlərinə simsiz və mobil rabitə xidmətləri göstərir. Şirkətin bütün səhmləri 2008-ci ildə tam özəlləşdirilib.
"Azadlıq" radiosu
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri