Previous Next
Bağla

Çocuq Mərcanlı rabitə xidmətləri ilə təmin olunub-Foto

21-07-2017 18:01
Çocuq Mərcanlı rabitə xidmətləri ilə təmin olunub-Foto

Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatları nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində məhv edilmiş bütün  infrastrukturun yenidən qurulmasına başlanılıb.

Əhalinin rahat və bütün lazımi infrastrukturla təmin olunmuş şəkildə yaşamaları üçün əsaslı işlər davam etdirilir.

Xeberler.az-ın məlumatlna görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən  kəndin telekommunikasiya infrastrukturu yenidən  qurulub.

Belə ki, Aztelekom MMC tərəfindən Cocuq Mərcanlı kəndinə 10 km məsafədən optik kabelin  çəkilməsi üçün qazıntı işləri aparılıb, 64 nömrə tutumlu EATS-in tikinti-quraşdırılma işləri yekunlaşıb.

İlk dəfə olaraq kənd daxilində telefon kabellərinin  yeraltı çəkilməsi üçün kabel-kanalizasiya qurğuları quraşdırılıb. 1200 metrədək məsafədə daxili şəbəkənin qurulması işləri  həyata keçirilib.

İlkin mərhələdə kənddə yeni tikilən 50 evin hamısı, həmçinin məktəb və dövlət əhəmiyyətli obyektlər telefonlaşdırılıb, internetlə təmin olunub.

Gələcəkdə yeni tikiləcək bütün evlər və digər obyektlər də müvafiq infrastrukturla – rabitə və telekommunikasiya ilə təmin ediləcək.  

Aztelekom MMC-nin rəhbərliyinin Cocuq Mərcanlıya bugünkü səfəri çərçivəsində sakinlərdən Hüseynovlar ailəsinin səhhətində olan problemlərə görə məktəbə gedə bilməyən qızına  bilik və bacarıqlarını artırmaq üçün bir ədəd noutbuk, telefon və internətə girişi təmin etmək üçün modem hədiyyə olunub.

Ailənin məskunlaşdığı evə telefon və internet çəkilişi də ödənişsiz həyata keçirilib.

Aztelekom MMC-nin baş direktoru Suat Paşayev bildirib ki,  İlham Əliyevin  Sərəncamına müvafiq olaraq, hazırda Cocuq Mərcanlıda yaşayacaq əhalinin dayanıqlı və fasiləsiz rabitə xidməti ilə təmin olunması üçün görülən işlər yekunlaşıb.

“Burada ən son texnologiyalar tətbiq olunmuş avadanlıqlardan istifadə olunub. Hələlik 50 ailə üçün nəzərdə tutulan  elektron ATS-in tutumu  gələcəkdə tikiləcək evlərin sayına uyğun olaraq artırılacaq. Gələcəkdə azad olunacaq digər torpaqlarımızda da, böyük məmnuniyyətlə, müasir rabitə və telekommunikasiya şəbəkəsini qısa zaman ərzində keyfiyyətlə qurmağa hazırıq”- deyə baş direktor qeyd edib.  

 

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 Bakcell-dən 1 il pulsuz danışıq-Xüsusi tarif

Bakcell-dən 1 il pulsuz danışıq-Xüsusi tarif

01-08-2017
“Bakcell cəbhə bölgəsində xüsusi güzəştlər edəcək”

“Bakcell cəbhə bölgəsində xüsusi güzəştlər edəcək”

05-05-2017
Cocuq Mərcanlıda Azercell hər evə gəldi

Cocuq Mərcanlıda Azercell hər evə gəldi

10-01-2019
Bakcell Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq

Bakcell Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq

23-10-2020
Qusarda yeni elektron ATS quraşdırılıb

Qusarda yeni elektron ATS quraşdırılıb

05-07-2019
Aztelekom Zaqatalada 384 ailəni müasir avadanlıqla təmin edib

Aztelekom Zaqatalada 384 ailəni müasir avadanlıqla təmin edib

18-01-2021
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq

Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq

23-04-2019
Azercell-in Rəqəmsal Dünyası Cocuq Mərcanlıda

Azercell-in Rəqəmsal Dünyası Cocuq Mərcanlıda

16-08-2019
Nar Cocuq Mərcanlıda şəbəkəsini gücləndirir

Nar Cocuq Mərcanlıda şəbəkəsini gücləndirir

16-05-2017
Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib

Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib

08-11-2021
Nazirlik regionda yeni texnologiyalar quraşdırır

Nazirlik regionda yeni texnologiyalar quraşdırır

27-10-2017
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı

Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı

15-07-2019
Xankəndidə olan yaşayış yerləri telekommunikasiya ilə təmin edilib

Xankəndidə olan yaşayış yerləri telekommunikasiya ilə təmin edilib

18-03-2025
TAE-nin Azərbaycan seqmentinə artıq 52 ATS qoşulub

TAE-nin Azərbaycan seqmentinə artıq 52 ATS qoşulub

01-12-2009
Aztelekom İB-i yeni obyektləri istifadəyə verib

Aztelekom İB-i yeni obyektləri istifadəyə verib

04-12-2009
Zəfərin 5 ili: “Aztelekom” Böyük Qayıdışa töhfə verməyə davam edir

Zəfərin 5 ili: “Aztelekom” Böyük Qayıdışa töhfə verməyə davam edir

06-11-2025
Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

23-10-2019
Mingəçevir Telekommunikasiya Qovşağı I Avropa Oyunlarına hazırdır

Mingəçevir Telekommunikasiya Qovşağı I Avropa Oyunlarına hazırdır

09-06-2015
Aztelekom-a Baş direktor təyin olundu-Rəsmi

Aztelekom-a Baş direktor təyin olundu-Rəsmi

02-12-2016
Xocalı rayonu telekommunikasiya xidmətləri ilə təmin edilib

Xocalı rayonu telekommunikasiya xidmətləri ilə təmin edilib

21-02-2025
“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin edib

“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin edib

09-07-2020
Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021
Kənd elektron ATS-ləri optik kabellə təmin olunur

Kənd elektron ATS-ləri optik kabellə təmin olunur

27-07-2015
Şirvan şəhərində iki yeni elektron ATS istifadəyə verilib

Şirvan şəhərində iki yeni elektron ATS istifadəyə verilib

16-01-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə