Deputat: “Startaplara dövlət maliyyəsi ayrılsın”

08-12-2016 / 12:54

Artıq 2 gündür ki, Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinə dair müzakirələr başlayıb.

Belə ki, iclasın gündəliyinə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi, "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsi "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi, Milli Məclisin 2017-ci il üçün xərclər smetası və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası daxildir.

Xeberler.az-ın məlumatına görə, müzakilərdə çıxış edən deputatlar və hökümət üzvləri növbəti ilin büdcəsinin gəlir və xərclərini müzakirə edib.

İclasda çıxıs edən Tahir Mirkişili növbəti illərin büdcəsində uzunmüddətli dayanıqlı iqtisadi artıma nail olmaq üçün startaplara, elmi tədqiqat və innovasiya sahələrinə ayrıca dövlət maliyyəsinin ayrılmasını, elm və təhsil sahələrinə isə büdcə xərclərinin artırılması məsələsini qaldırıb.

Qeyd edilib ki, müzakirələdən sonrakı 10 gün müddətində hökumət üzvləri deputatların təkliflərini dəyərləndirəcək.

Bir müddət əvvəl Startap Azərbaycan-ın təşkilaçılığı ilə Azərbaycanda fəaliyyət göstərən startapçıların millət vəkilləri ilə görüşü keçirildi. Görüşdə yerli startap ekosistemin vəziyyəti, qanunvericiliklə bağlı vəziyyət, investisiya mühiti, mövcud problemlər və onların aradan qaldırılması yolları, marifçilik və tanıtım işlərinin təşkili ətrafında fikir mübadiləsi aparıldı. Qeyd edildi ki, bu məsələlərin Milli Məclisdə də ictimai müzakirəyə çıxarılmasının faydalı olacaq. 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə