İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Almaniyanın nüfuzlu universitetlərindən olan “Constructor University”nin birgə təşəbbüsü ilə keçirilən “Digital Azerbaijan Talent School” təlim düşərgəsinin ilk seçim mərhələsi başa çatıb.
Xeberler.az bildirir ki, “Advanced Computer Science Skills” istiqaməti üzrə 57 nəfər, “Girls in IT” istiqaməti üzrə 45 nəfər düşərgədə iştirak haqqı qazanıb. İştirakçılar arasında Bakı ilə yanaşı, bir sıra regionlardan qoşulan gənclər də var.
Sentyabrın 2-də düşərgənin ikinci (oflayn) mərhələsinin açılış mərasimi baş tutub. Tədbirdə İRİA-nın sədrinin müşaviri Fuad Hacıyev, proqramın rəhbəri Aleksey Qusev, “Constructor University”-nin nümayəndəsi Olqa Kornienko və universitetin akademik heyətinin üzvləri çıxış ediblər. Tədbirdə düşərgənin proqramı ilə bağlı ətraflı məlumat verilib və iştirakçılarla ilkin tanışlıq həyata keçirilib.
Hibrid (onlayn və oflayn) formatda keçirilən proqram ikinci və üçüncü mərhələləri 2024-cü ilin sentyabr-noyabr aylarını əhatə edir. Oflayn dərslər gündə 8 saat olmaqla, 2-12 sentyabr tarixlərində, onlayn dərslər isə həftədə 6 saat olmaqla 8 həftə (sentyabr-noyabr) davam edəcək.
Düşərgə beynəlxalq proqramlaşdırma olimpiadalarına hazırlıq məqsədilə “Advanced Computer Science Skills ” və qızlar arasında İKT-ni təşviq etmək məqsədilə “Girls in IT” olmaqla 2 istiqamətdə həyata keçirilir.
Qeyd edək ki, məqsəd alqoritmik təfəkkür və peşəkar proqramlaşdırma biliklərini inkişaf etdirməkdir. “Digital Azerbaijan Talent School”da iştirak etməklə gənclər olimpiada tipli yarışlara, beynəlxalq təhsil proqramlarına qəbula hazırlaşmaq və proqramlaşdırma sahəsində gələcək karyera üçün bacarıqlar əldə etmək şansı qazanacaqlar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri