Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Daşıyıcı bələdçisi” layihəsinə başlayır

05-04-2022 / 13:48

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı
Xidməti yeni layihənin icrasına başlayır. Avtomobil daşımaları sahəsində
göstərilən xidmətlərin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun təmin
edilməsi, avtomobil daşımaları sahəsinə investisiya cəlb edilməsi, daşıyıcıların
sayının artırılması və daşımalar bazarında təklifin genişləndirilməsi məqsədilə
Dövlət Avtomobil Nəqliyyatı Xidmətində “Daşıyıcı bələdçisi” xidməti təşkil
edilib.
Xeberler.az bildirir ki, layihə çərçivəsində avtomobil daşımaları sahəsində sahibkarlıq fəaliyyəti ilə
məşğul olan və yaxud məşğul olmaq istəyən şəxslər müraciətləri əsasında mövcud
qanunvericiliyin tələbləri, avtomobil daşımalarının xüsusiyyətləri və digər
istiqamətlər üzrə maarifləndiriləcək, onlara məsləhətlər veriləcək və aidiyyəti
sualları cavablandırılacaq. Ehtiyac olarsa, sahibkarlara qısamüddətli təlimlər də
keçiriləcək.
“Daşıyıcı bələdçisi” xidməti aşağıdakı istiqamətləri əhatə edir:
– Avtomobil daşımaları sahəsində sahibkarlıq fəaliyyətinin təşkili;
– Müntəzəm sərnişin daşımalarına daşıyıcıların cəlb edilməsi qaydası;
– Avtovağzallar və avtostansiyalarla qarşılıqlı münasibətlər;
– Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarına görə
vergilərin ödənilməsi xüsusiyyətləri;
– Sürücülərin iş və istirahət rejimi qaydaları;
– Beynəlxalq avtomobil daşımalarında “İcazə” blankları və Beynəlxalq
Nəqliyyat Forumunun çoxtərəfli icazələri;
– “BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası” istifadə edilməklə yerinə
yetirilən beynəlxalq daşımalar;
– Beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) rəsmiləşdirilməsi;
– Avtonəqliyyat vasitələrinin idxalı.
“Daşıyıcı bələdçisi” xidmətindən istifadə etmək istəyən şəxsə avtomobil
nəqliyyatı sahəsi üzrə qüvvədə olan digər tənzimləmə normaları haqqında da
məlumatlar təqdim edilə bilər.
Xidmət həm onlayn, həm də adi qaydada ödənişsiz həyata keçiriləcək.
“Daşıyıcı bələdçisi” xidmətindən istifadə etmək istəyən şəxslər
[email protected] e-poçt ünvanı, https://www.facebook.com/AzDANX rəsmi
“Facebook” səhifəsi, (+99412) 514 27 51, (+99450) 404 53 62 telefon nömrələri
vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət edə bilərlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə