Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Dövlət İdarəçiliyində Analitik İdarəetmə və İnnovasiya” proqramının bağlanış mərasimi keçirilib.
Xeberler.az məlumat verir ki, ilk olaraq Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin dekanı, s.e.f.d., dosent Elnur Əliyev çıxış edib. O, Dövlət İdarəçilik Akademiyasının innovativ idarəetmə yanaşmalarına xüsusi önəm verdiyini, bu təşəbbüslərin dövlət qurumlarında müasir texnologiyaların tətbiqini sürətləndirmək, idarəetmədə çevikliyi artırmaq və qərarvermə prosesini daha effektiv, məlumat əsaslı etmək məqsədi daşıdığını bildirib. Dövlət İdarəçilik Akademiyasının bu proqramın əsas tədris və tədqiqat mərkəzi kimi çıxış edərək, dövlət idarəçilərinin yeni bacarıqlar qazanmasını təmin etdiyini və gələcəyin idarəçilərini süni intellekt, böyük verilənlər analitikası və innovativ idarəetmə prinsipləri ilə tanış edərək onları rəqəmsal transformasiyaya hazırladığını vurğulayıb. Elnur Əliyev həmçinin bildirib ki, bu yanaşma yalnız bu günün ehtiyaclarına cavab vermir, həm də idarəetmənin gələcəyini formalaşdırır.
Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri Fidan Sadıqova proqramın icrası və əldə olunan nailiyyətlər barədə məlumat verib. O, proqramın dövlət idarəçiliyində rəqəmsal inkişafa və analitik yanaşmanın təkmilləşdirilməsinə verdiyi töhfəni və bu təşəbbüsün dövlət sektorunda innovasiya proseslərini gücləndirəcəyini bildiriib.
Təlimçi Qalib Əhmədov proqramın məzmunu, tədris prosesi və əldə olunan nəticələr haqqında məlumat verib. O, iştirakçıların məlumatların emalı və süni intellektin tətbiqi sahəsində qazandıqları praktiki bacarıqları vurğulayıb.
Tədbirin gedişatında məzun layihələr arasında seçilmiş üç layihə təqdim olunub. Nicat Səmədzadənin rəhbərliyi ilə hazırlanan “E-gov” layihəsi dövlət idarəçiliyində rəqəmsal hökumətin qurulması istiqamətində innovativ yanaşmaların tətbiqini nümayiş etdirib. Fidan İbrahimovanın “Xəstəxanaların rəqəmsal idarəetmə sistemi” layihəsində səhiyyə sektorunda rəqəmsal transformasiyanın əhəmiyyətini vurğulanıb.
Sonda keçirilən səsvermə nəticəsində innovativ yanaşması və praktiki tətbiq imkanları ilə seçilən Nicat Səmədzadənin “E-gov” layihəsi qalib gəlib.
Proqram çərçivəsində iştirakçılar məlumatların emalı, qərarvermə prosesində süni intellektin tətbiqi və rəqəmsal transformasiya kimi vacib bacarıqlara yiyələniblər. Dövlət sektorunda müasir texnologiyaların rolunu artırmaq və idarəetmədə innovativ yanaşmaları tətbiq etmək məqsədi daşıyan bu təşəbbüs gələcək idarəçilər üçün mühüm bilik və təcrübə platforması oldu.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri