“Dünya Sahibkarlıq Kuboku 2021” (EWC – Entrepreneurship World Cup) Azərbaycan Milli Finalının cari ilin may-iyun aylarında təşkil olunması nəzərdə tutulur.
Xeberler.az İnnovasiyalar Agentliyinə istinadla məlumat verir ki, daha sonra Milli Finalın qalibləri “EWC Accelerates” proqramı çərçivəsində 6 həftəlik intensiv onlayn butkampda iştirak edəcək və beynəlxalq jüri tərəfindən seçilmiş 100 biznes layihəsi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində EWC Qlobal Finalına qatılacaq.
Dünya üzrə yüzlüyə düşmüş milli qalibimiz beynəlxalq tərəfdaşlar tərəfindən təqdim olunan 750 min ABŞ dollar dəyərində “Xidmətlər Paketi” əldə edəcək. Dünya üzrə birinci yerin sahibi 500 min, ikinci yerin sahibi 250 min, üçüncü yerin sahibi 100 min ABŞ dolları, kateqoriya qalibləri (ideya, erkən və böyümə mərhələləri üzrə) hər biri 50 min ABŞ dolları məbləğində nağd pul mükafatı qazanacaq.
“Dünya Sahibkarlıq Kuboku” həyatı dəyişdirən mükafatların təqdim olunduğu qlobal bir yarışmadan daha artığıdır. Bu proqram sahibkarları öz təşəbbüslərini reallaşdırmaq üçün resurs və mənbələrlə təmin etməklə biznesin bütün mərhələlərdə yüksəlməsini təmin edir.
Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün www.entrepreneurshipworldcup.com portalına daxil ola bilərsiniz. Qeydiyyat və müsabiqədə iştirak ödənişsizdir. Son müraciət tarixi 2021-ci il aprelin 15-dir. Müsabiqədə Azərbaycan Respublikasının rezidenti olan ideya, erkən və ya böyümə mərhələsində olan istənilən sahibkar və startapçılar müraciət edə bilər.
Qeyd edək ki, 2020-ci ildə Dünya Sahibkarlıq Kubokunun mərhələlərində 200-dən çox ölkədən 175 min sahibkar iştirak edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri