“Dell” şirkətinin illik hesabatında dünyada pərakəndə və elektron ticarət sahəsində təhdidlərin sayının sürətlə artması bildirilir.
Xəbərlər məlumat veri ki, şirkət qeyd edir ki, ticarət nöqtələrində quraşdırılan POS-terminallara hücum edən çoxsaylı yeni virus proqramlar yaranıb. Məsələn, 2014-cü ildə ABŞ-da rekord sayda qurbanlarının pərakəndə satışla məşğul olanların və müəssisələrin olduğu zərərli proqramlar qeydə alınıb. Ekspertlərin fikrincə, buna səbəb fırıldaqçıların yeni taktikası olub. Belə ki, onlar virus proqramların maskalanması üçün şifrləmə texnologiyasından istifadə etməyə başlayıblar.
Şirkətin məhsulun marketinqi üzrə direktoru Con Qordinir bildirib ki, bəzən POS-terminalın və ya mərkəzləşdirilmiş kompüterlərin əməliyyat sistemi yenilənmir ki, bu da zərərli proqramlar üçün boşluqlar yaradır. Ticarətlə məşğul olanlar əməliyyat sistemlərinin və proqram təminatının vaxtında yenilənməsini izləməli, eləcə də POS-sistemi digər şəbəkələrdən ayrıca saxlamalıdırlar.
“Dell” ekspertlərinin fikrincə, təhlükəsiz "HTTPS” protokolundan istifadə onlayn tranzaksiyaların mühafizəsini yüksək səviyyədə təmin etməyə imkan verir.
Şirkətin məlumatına görə, “HTTPS” trafikin həcmi 2014-2015-ci illərdə iki dəfədən çox artıb. “Facebook” və “Google” kimi böyük şirkətlər protokoldan internet trafikin təhlükəsizliyinin təmini üçün istifadə edir.
Bununla yanaşı, şirkət mütəxəssislərinin qənaətinə görə, hakerlər “HTTPS” protokolundan zərərli kodun gizlədilməsi üçün istifadə edə bilərlər ki, bu da onlayn istifadəçilərin potensial baxımdan məxfiliyini və təhlükəsizliyini pozur. Bildirilir ki, kiberfırıldaqçılar "HTTPS” bağlantısından zərərli proqramların yüklənməsi üçün istifadə edə bilərlər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri