Bir çox texnologiyalar kimi kompüterlərin də ölçüləri kiçilməyə başlayır. Kredit kartı ölçüsündə olan bir kompüterin işləməsini təmin edən şirkət Raspberry Pi-yə rəqib olmağa hazırlaşır.
Model 1 Ghz prosessor, 512 MB Ram, 3 min mAH batareya və 4 GB yaddaşa sahibdir.
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, cihaz vasitəsilə istifadəçilər hər hansı ofis proqramlarını işlədə və internetə girə bilirlər.
9 dollara satılan məhsulun rəqib olacağı Raspberry Pi isə 25 dollara satılır. Qiymətlərdə də göstərildiyi kimi yeni məhsulun qısa zamanda daha çox satılacağı bildirilir.
Next Thing tərəfindən yaradılan CHİP adlı cihaz hələ ki istehsala başlamayıb. WiFi və Bluetooth vasitəsilə digər cihazlara qoşula bilən CHİP növbəti aylada bazara daxil olacaq.
Sevinc Əsədova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri