Previous Next
Bağla

ƏƏSMN və ASAN xidmət Memorandum imzalayıb

28-08-2018 17:35
ƏƏSMN və ASAN xidmət Memorandum imzalayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.

Xeberler.az məlumat verir ki memorandumu nazir Sahil Babayev və Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev imzalayıblar.

Tədbirdə S.Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının icrası istiqamətində aparılan işləri diqqətə çatdırıb. O bildirib ki, Fərmana əsasən, nazirliyin tabeliyində yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və DOST mərkəzləri dövlət sosial xidmətlərinin keyfiyyətinin müasir texnologiyalar üzərində, innovativ həllərin tətbiqi əsasında yüksəldilməsini, bu xidmətlərin bir pəncərə üzrə sistemli, sadələşdirilmiş prosedurlarla şəffaf və operativ təşkilini təmin edəcək.

Nazir qeyd edib ki, bu sahədə müvafiq infrastrukturun qurulması, informasiya-kommunikasiya texnologiyaları üzrə həllərin tətbiqi, kadrların hazırlanması, hüquqi əsasların formalaşdırılması işlərində ASAN Xidmətlə təcrübə mübadiləsinə xüsusi önəm verilir. S.Babayev sosial xidmət müəssisələrində yaşayan pensiyaçıların əmək bazarına qaytarılması üçün ASAN Xidmətlə birgə Yaşlı könüllülər layihəsinin həyata keçiriləcəyini də vurğulayıb. O, hazırda imzalanan Memorandumun bu istiqamətlərdə, eləcə də müvafiq fəaliyyət sahələri üzrə könüllülük fəaliyyətinin təşkili və s. sahələrdə birgə fəaliyyətə, fəal əməkdaşlığa geniş imkanlar yaratdığını vurğulayıb.

Ü.Mehdiyev bu günədək ASAN xidmət mərkəzlərinə daxil olan müraciətlərin sayının 24 milyona çatdığını və vətəndaş məmnunluğunun 98-100% arasında dəyişdiyini vurğulayıb. O, çıxışında bildirib ki, imzalanan memorandum sosialyönümlü layihələrinin icrasında birgə əməkdaşlığa xüsusi töhfə verəcək. Memoranduma əsasən sağlamlıq imkanları məhdud gənclərin ABAD mərkəzlərinin fəaliyyətinə cəlb edilməsi, ASAN həyat komplekslərində əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması, ASAN Könüllülük Məktəbi ilə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub. Həmçinin sosial xidmət müəssisələrində yaşayan insanların əmək bazarına qaytarılması, onların əməyinin stimullaşdırılması və digər sahələrdə əməkdaşlığın vacibliyi xüsusi qeyd olunub. Ü.Mehdiyev vurğulayıb ki, sağlamlıq imkanları məhdud gənclərin könüllülük fəaliyyətində iştirakına şərait yaradılması da birgə əməkdaşlığın əsas istiqamətlərindən olacaq.

Qeyd edək ki, Memorandum DOST Agentliyi və DOST mərkəzləri üzrə infrastrukturun qurulması, kadr hazırlığı, İKT həllərinin tətbiqi, əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin, informasiya sistemlərinin və ehtiyatlarının yaradılması, təkmilləşdirilməsi, Elektron hökumət portalı vasitəsilə inteqrasiyası, ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanması sahəsində əməkdaşlığı nəzərdə tutur.

Memorandum, eyni zamanda,sağlamlıq imkanları məhdud gənclərin əməyinin maddi və mənəvi stimullaşdırılması üçün könüllülük fəaliyyətinə cəlb olunması, sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına birgə dəstək tədbirlərinin həyata keçirilməsi, müvafiq mövzularda təbliğat-maarifləndirmə məqsədilə ASAN radionun imkanlarından istifadə edilməsi və s. üzrə əməkdaşlıq istiqamətlərini əhatə edir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirlik və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi memorandum imzalayıb

21-09-2018

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021

ASAN xidmət-lə Dövlət Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

15-02-2019

Dövlət sosial xidmətləri üzrə e-sosial internet portalı iki ay ərzində hazır olacaq

14-09-2018

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

14-03-2025

Yaşlı könüllülər layihəsinə başlanıldı

04-09-2018

Sosial sahədə aparılan islahatlar bu sahədə xidmətlərin şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönəlib

14-01-2019

DOST konsepsiyasının və e-sosial internet portalının təqdimatı keçirilib

21-11-2018

DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

03-12-2018

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib

11-12-2018

Azərbaycan və Pakistan arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

21-09-2022

Rumıniya ilə sosial sahədə əməkdaşlıq genişləndiriləcək

28-04-2022

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

29-12-2024

Naxçıvan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

12-03-2025

“DOST to DOST” layihəsi üzrə keçirilən təlimlər yekunlaşıb

19-06-2025

DOST RİM fərdi məlumat və informasiya sistemləri ilə bağlı fəaliyyət üzrə lisenziya alıb

01-07-2022

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

03-10-2024

DOST mərkəzlərində hazırda 160-dan çox xidmət göstərilir

26-03-2025

E-sistem vasitəsilə hər bir vətəndaşın fərdi sosial proqramı yaradılacaq

02-01-2020

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

30-10-2025

Kolumbiyada “ASAN xidmət” təcrübəsi tətbiq olunacaq

14-02-2025

Azərbaycan Türkiyə ilə birgə tədqiqat-araşdırma mərkəzi yaradır

22-09-2021

DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondu 8 beynəlxalq mükafatla təltif edilib

13-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə