Azərbaycanda E-Təhsil sisteminin tətbiqi üçün müvafiq qanunun qəbulu zəruridir.
Xeberler.az bildirir ki, bu sözləri APA-ya açıqlamasında Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov deyib. Onun sözlərinə görə, hazırda ATİ “E-learnig” üzrə pilot layihənin tətbiqini həyata keçirir.
Gələn ilin mart ayında İnwent şirkəti tərəfindən Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin təşəbbüsü ilə “Qafqazda elektron təhsil üçün institusional quruculuq və insan resurslarının inkişafı” e-təhsil üzrə seminarın keçirilməsi gözlənilir.
Bununla yanaşı, e-təhsilin problemlərinə və tətbiqinə dair dəyirmi masanın keçirilməsi planlaşdırılır. Dəyirmi masada Təhsil Nazirliyinin və pilot layihədə iştirak edən ali məktəblərin, o cümlədən Turizm İnstitutunun, Qafqaz və Xəzər universitetlərinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə e-təhsilin Azərbaycan təhsil sisteminə hansı üstünlükləri təqdim edəcəyi haqda müzakirələr aparılacaq.
Gələn il artıq layihə çərçivəsində ali məktəblər Azərbaycan hökumətinə e-təhsil üzrə hazır məhsul göstərə biləcəklər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri