Previous Next
Bağla

Eksert: Rəqəmsal şəxsiyyət vəsiqəsini kim yoxlaya bilər?

28-11-2024 15:32
Eksert: Rəqəmsal şəxsiyyət vəsiqəsini kim yoxlaya bilər?
"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi maraqlı bir layihə reallaşdırıb. İRİA həm qurumlara, həm də vətəndaşlara rəqəmsal şəxsiyyət vəsiqəsinin kim tərəfindən və nə zaman yoxlanılmasını müəyyən etmək üçün imkanlar yaradıb".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Eskeprtin sözlərinə görə, hazırda myGov-da olan məlumatlar da rəsmi sənəd hesab olunur və bu məlumatları harasa təqdim edəndə onu kimin yoxlamasını müəyyən etmək çətin olur:
 
"İRİA-nın hazırladığı yeni mexanizm əsasında hansısa qurumda vətəndaşın rəqəmsal məlumatlarını verifikasiya etmək üçün öncədən qurum rəhbəri tərəfindən müəyyən əməkdaşlara səlahiyyətlər verilməlidir. Yəni bundan sonra hansısa qurumda yalnız səlahiyyəti olan şəxs vətəndaşın telefonunda myGov vasitəsilə açıqladığı məlumatlarına baxa biləcək və onu verifikasiya edəcək.
 
İRİA bu məqsədlə qurum rəhbərləri üçün “myGov Checker” tətbiqində və myGov portalda səlahiyyətlərin verilməsi üçün imkanlar yaradıb. Qurum rəhbərləri bura daxil olaraq əməkdaşlarına sənəd yoxlamaq səlahiyyəti verə bilərlər. Bu cür səlahiyyəti olmayan şəxslər isə artıq vətəndaşın telefonunda olan məlumatı - QR kodu verifikasiya edə bilməyəcəklər".
 
Osman Gündüz qeyd edib ki, yoxlama zamanı toplanan data əsasında sənədin kim tərəfindən və nə zaman yoxlanılmasına nəzarət üçün qurumlara və vətəndaşlara imkanlar da yaranır:
 
"Qurumlar üçün keçid dövrü müəyyən edilib və bu mərhələdə səlahiyyətlərin verilməsini başa çatdırmalıdırlar. Bütün proses rəqəmsal olaraq həyata keçirilir.
Xatırladıram ki, sənəd yoxlanılmasına icazəsi olmayan şəxslərin sənədi yoxlaması, məlumatları paylaşması hüquqi məsuliyyət yaradır".
 
Ekspert bildirib ki, hazırda İRİA və Elm və Təhsil Nazirliyinin datası əsasında bəzi universitetlərin tələbələrinin istifadə etdikləri rəqəmsal tələbə kartlarının verifikasiyası da bu qaydada həyata keçiriləcək.
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Rəqəmsal tələbə kartlarından necə istifadə olunur?

Ekspert: Rəqəmsal tələbə kartlarından necə istifadə olunur?

13-12-2024
Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

10-12-2024
Şəxsi sənədlər rəqəmsallaşdırılır

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024
Şəxsi sənədlər rəqəmsallaşdırılır

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024
"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025
DOST xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək məcburi deyil

DOST xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək məcburi deyil

23-08-2024
Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

24-01-2025
Kim sizin şəxsi məlumatlarınızı sizdən xəbərsiz izləyir?

Kim sizin şəxsi məlumatlarınızı sizdən xəbərsiz izləyir?

02-08-2023
Ekspert: Rəqəmsal tələbə kartları tələbələrin istifadəsinə verilib

Ekspert: Rəqəmsal tələbə kartları tələbələrin istifadəsinə verilib

03-03-2025
Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

07-04-2025
 “mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub

“mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub

19-07-2024
Rəqəmsal diplomlar nə zaman veriləcək?

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023
Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

27-09-2024
ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət  vəsiqəsi ilə istifadə etmək olar

ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə etmək olar

09-09-2024
Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

13-02-2025
Naxçıvan reyslərinə aviabilet alışını “digital.login” vasitəsilə etmək mümkündür

Naxçıvan reyslərinə aviabilet alışını “digital.login” vasitəsilə etmək mümkündür

11-12-2024
Ekspert: Qəbul edilən yeni sənədlər RİNN-nin sektorda rolunu gücləndirəcək

Ekspert: Qəbul edilən yeni sənədlər RİNN-nin sektorda rolunu gücləndirəcək

14-08-2025
Sərhədkeçmə məlumatları “mygov”a inteqrasiya edilib

Sərhədkeçmə məlumatları “mygov”a inteqrasiya edilib

05-01-2026
Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb

Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb

17-09-2024
Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

13-11-2025
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

06-05-2024
Şahin Əliyev: Bəzi obyektlərdə vətəndaşlardan şəxsiyyət vəsiqəsinin tələb edilməsi müəyyən risklər yaradır

Şahin Əliyev: Bəzi obyektlərdə vətəndaşlardan şəxsiyyət vəsiqəsinin tələb edilməsi müəyyən risklər yaradır

17-09-2024
Ekspert: Seçki günü "rəqəmsal şəxsiyyət vəsiqəsi" ilə səs vermək mümkün olacaqmı?

Ekspert: Seçki günü "rəqəmsal şəxsiyyət vəsiqəsi" ilə səs vermək mümkün olacaqmı?

31-08-2024
Daha şəxsiyyət vəsiqəsini təqdim etməyə ehtiyac qalmayacaq

Daha şəxsiyyət vəsiqəsini təqdim etməyə ehtiyac qalmayacaq

18-07-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə